Ukraynadakı vəziyyətlə bağlı NATO ən yaxşısına ümid etməli, amma ən pisinə hazırlaşmalıdır.
Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“Hazırda Ukrayna ətrafında müşahidə etdiyimiz şey Rusiyanın hərbi mövcudluğunun əhəmiyyətli, ardıcıl və davamlı şəkildə gücləndirilməsidir. Bunun heç bir izahı yoxdur. Əlbəttə ki, biz ən yaxşısına ümid etməliyik, amma ən pisinə də hazır olmalıyıq”, - Stoltenberq bildirib.
NATO-nun son illərdəki “açıq qapı” siyasəti Rusiyanın bütün etirazlarına rəğmən genişlənməkdə davam etdi.
Axar.az xəbər verir ki, bu sözləri NATO rəhbəri Yens Stoltenberq deyib.
O bildirib ki, ittifaq son dövrdə Şimali Makedonya və Monteneqro olmaqla, iki yeni üzv qazanıb.
“Ukraynanın da ittifaqa üzv olmaq səylərini dəstəkləyirik”, - Stoltenberq əlavə edib.
ABŞ Ukraynaya qarşı ehtimal edilən hücuma görə Avropa Birliyini Rusiyaya sanksiyalar hazırlamağa sövq edir. Məhdudiyyətlər isə enerji və bank sektoruna təsir etməlidir.
Axar.az xəbər verir ki, bu barədə "Blumberq" agentliyi məlumat yayıb.
"AB Rusiyaya sanksiyaların tətbiqində ABŞ-dan daha ehtiyatlı davranır. Lakin Vaşinqton sanksiyalar paketini Rusiya Federasiyasının cilovlanmasının əsas yolu kimi görür", - agentliyin yaydığı məlumatda qeyd olunub.
Estoniya parlamentinin sədri Yuri Ratas koronavirusa yoluxub.
Axar.az xəbər verir ki, bu barədə spiker özü mediaya açıqlamasında deyib.
Spiker ötən şənbə ailə üzvlərindən birinin koronavirus testinin müsbət çıxdığını və bu səbəbdən özünü təcrid etdiyini bildirib.
Bu gün isə parlament sədrinin PCR testi müsbət nəticə verib.
Ratas qeyd edib ki, hazırda məsafədən iş fəaliyyətini davam etdirir.
Parlament sədri bu ilin may ayında peyvənd olunub.