Ukraynadakı vəziyyətlə bağlı NATO ən yaxşısına ümid etməli, amma ən pisinə hazırlaşmalıdır.
Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“Hazırda Ukrayna ətrafında müşahidə etdiyimiz şey Rusiyanın hərbi mövcudluğunun əhəmiyyətli, ardıcıl və davamlı şəkildə gücləndirilməsidir. Bunun heç bir izahı yoxdur. Əlbəttə ki, biz ən yaxşısına ümid etməliyik, amma ən pisinə də hazır olmalıyıq”, - Stoltenberq bildirib.