ABŞ Ukraynaya qarşı ehtimal edilən hücuma görə Avropa Birliyini Rusiyaya sanksiyalar hazırlamağa sövq edir. Məhdudiyyətlər isə enerji və bank sektoruna təsir etməlidir.
Axar.az xəbər verir ki, bu barədə "Blumberq" agentliyi məlumat yayıb.
"AB Rusiyaya sanksiyaların tətbiqində ABŞ-dan daha ehtiyatlı davranır. Lakin Vaşinqton sanksiyalar paketini Rusiya Federasiyasının cilovlanmasının əsas yolu kimi görür", - agentliyin yaydığı məlumatda qeyd olunub.