Kiyevin məqsədi ABŞ-dan 1 milyard dollar yardım almaqdır.
Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
“ABŞ-ın 2022-ci il büdcə layihəsində Ukraynaya ümumilikdə 756 milyon dollar yardım nəzərdə tutulub. Amma 1 milyard dollarlıq dəstək məqsədimiz dəyişməz olaraq qalır və biz buna doğru inamla irəliləyirik”, - Kuleba bildirib.