Dekabrın 16-dan 17-nə keçən gecə Yaponiyanın mərkəzi Mie və Şizuoka prefekturaları üzərindən meteorit uçub.
Türkiyənin Sivas vilayətində saxta spirtli içkidən zəhərlənmə baş verib.
Əfqanıstan Milli Müqavimət Cəbhəsinin silahlıları son 8 gündə 61 Taliban döyüşçüsünü öldürüblər.
Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Ölkənin müxtəlif vilayətlərində baş verən əməliyyatlarda Talibanın daha 42 üzvü yaralanıb.
Türkiyənin qarşısında asan inkişaf yoxdur. Türkiyə Çindən daha yaxşı başlanğıc nöqtəsindədir. 1949-cu ildəki Çinə baxanda Türkiyə onunla müqayisə edilə bilməyəcək bir vəziyyətdədir.
Axar.az xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının rəhbəri Doğu Perinçək deyib.
"Türkiyə çalışqan işçi qüvvəsinə, yaxşı coğrafiyaya və kapital yığımına malikdir. Telefonu Türkiyədə istehsal edəcəyik. Əvvəlcə keyfiyyətli olmaya bilər, amma sonra keyfiyyətlə edəcəyik. Zamanla iqtisadi inkişaf da baş verəcək. Heç bir şey bir anda olmur. Əvvəlcə Türkiyənin harada yerləşdiyinə baxaq. Tez bir zamanda nail ola biləcəyimiz bir həll yolu təklif edirəm", - Perinçək qeyd edib.
Qeyd edək ki, ötən gün lirə daha bir tarixi antirekord vurub və dollar 15,65 lirəyə qalxıb.
Kiberməkanda müharibə sürətlə davam edir.
Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin informasiya təhlükəsizliyi üzrə xüsusi nümayəndəsi Andrey Krutskix deyib.
“Mediada Üçüncü Dünya Müharibəsinin aparıldığını söyləyirlər. Əslində haqlıdırlar. Sadəcə hazırda məsələ dəyən zərərin hesablanması, kimin məğlub olacağı və sonda hansı konfiqurasiyanın qalib gələcəyi ilə bağlıdır”, - Rusiya rəsmisi bildirib.
Onun sözlərinə görə, Rusiya hər gün milyonlarla kiberhücumu dəf edir.
Avropa İttifaqı bu gün axşam keçiriləcək sammitdə Rusiyaya sanksiyalar paketini hazırlayır.
Axar.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət idarəsinin rəhbəri Jozep Borrell deyib.
“Mən nə cür sanksiyaların hazırlandığını deyə bilmərəm, biz razılığa gəlməmişdən əvvəl bunu müzakirə edəcəyik. Lakin sanksiyaların tam paketi hazırlanır”, - Borrell qeyd edib.
ABŞ Çin, Gürcüstan, Malaziya və Türkiyədən olan şirkətlərə sanksiya tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Departamenti məlumat yayıb.
Bildirilib ki, Çin, Gürcüstan, Malaziya və Türkiyədən olan 37 şirkətə ABŞ-ın xarici siyasətinə və milli təhlükəsizlik maraqlarına zidd fəaliyyətlərinə görə sanksiya tətbiq olunub.