Çilidə ötən gün keçirilmiş prezident seçkilərinin ikinci turunda 35 yaşlı Qabriel Boriç qalib gəlib.
Milli.Az Trend-ə istinadən bildirir ki, o, ölkə tarixində ən gənc prezident olacaq.
Q.Boriç seçicilərin 55,87 faiz səsini toplayıb. Onun rəqibi Xose Antonio Kast 44,19 faiz səs yığa bilib.
Yeni prezident bu vəzifədə Sebastyan Pinyeranı əvəz edəcək.
Qeyd edək ki, Qabriel Boriçin andiçmə mərasimi 2022-ci ilin martın 11-də keçiriləcək. Fevralın 11-də isə onun 36 yaşı tamam olacaq.