Son iki ildə Azərbaycanda qeydə alınan intihar və özünü öldürməyə cəhd hadisələri üzrə statistika açıqlanıb.
Rusiyanın Çelyabinsk şəhərində kəskin hava şəraiti ilə əlaqədar məktəblərin ibtidai siniflərində dərslər birgünlük ləğv olunub.
İspaniyada çimərliklərdə siqaret çəkmək qadağan edilib.
Axar.az xəbər verir ki, qanunu pozanlar 2 min avro cərimə ediləcək.
Bildirilir ki, çimərliklərdə siqaret kötüklərinin yaratdığı çirklənmənin qarşısını almaq üçün belə bir addım atılıb.
Ölkə parlamentinə təqdim edilən qanun layihəsi 182 səslə qəbul olunub. Qanun layihəsinə 70 deputat əleyhinə səs verib, 88 nəfər isə bitərəf qalıb.
Rusiya ilə Ukrayna arasında yaranmış gərginlikdən çox narahatıq və vəziyyətin sülh və dialoq yolu ilə həll olunacağına ümid edirik.
Axar.az xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.
“Biz bu vəziyyətdən (Rusiya ilə Ukrayna arasında gərginlik - red.) çox narahatıq... Ümid edirəm ki, bu müzakirədə iştirak edən bütün iştirakçılar sülh yolu ilə həll variantlarını tapa biləcəklər. Məsələnin yeganə ağlabatan həlli dialoqdur, dinc yoldur. Biz sülhə ümid edirik", - Sandu söyləyib.
2016-c ildə (Aprel savaşından sonra - red.) Ermənistan Qarabağ danışıqları ilə bağlı faciəvi təklif aldı.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“2016-cı ildə Minsk Qrupunun həmsədrləri üç təkliflər paketi təqdim etdilər. Hansı ki, həmin paketdə 2011-ci ildən bəri ilk dəfə olaraq Dağlıq Qarabağın aralıq statusu məsələsi yer almadı. Faciə bunda deyil. Heç kim demir ki, bu danışıqlara əsasən Dağlıq Qarabağın müvəqqəti statusu məsələsi BMT Təhlükəsizlik Şurasına həvalə edilirdi”, - baş nazir əlavə edib.
Paşinyanın sözlərinə görə, bütün bu illər ərzində erməni tərəfi Qarabağ məsələsinin yekun həllini Minsk Qrupunun öhdəsinə buraxmağa çalışsa da, 2016-cı ildə problemin həlli BMT TŞ-yə keçdi.
Erməni baş nazir qeyd edib ki, bu halda BMT TŞ-nin qərarı proqnozlaşdırılan idi, belə ki, 1993-cü il qətnaməsində “Dağlıq Qarabağ Azərbaycandır” ifadəsi əksini tapır və Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı qeyd edilirdi.
Türkiyə istehsalı olan “Turkovak” koronavirusa qarşı peyvəndinin ilk partiyası Ankara şəhəri Səhiyyə İdarəsinin anbarlarına gətirilib.
Axar.az xəbər verir ki, 150 min dozalıq vaksinin ilk partiyası paytaxtın Esenboğa hava limanı ərazisindəki dərmanların saxlanma anbarlarına çatdırılıb.
Bildirilib ki, peyvəndin seriya istehsalı Şanlıurfanın cənub-şərqindəki sənaye zonasında davam etdirilir. İnaktiv peyvənd 2-8 dərəcə temperaturda xüsusi qablarda daşınır.
Təkrar analiz və sınaqlardan sonra vaksinlər ölkənin bölgələri üzrə paylanacaq.