Kiprdə 60 ildir iki dövlət mövcuddur.
Yunanlara aid Cənubi Kipr, şimalda isə türklərin olduğu Şimali Kipr.
Axar.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar deyib.
O bildirib ki, türklər adada Osmanlı İmperiyasının dövründən mövcud olub:
“Beynəlxalq anlaşmalara görə, Kiprdə iki ayrı xalq var: yunanlar və türklər. Yunanların türkləri nəzarət altında saxlamaqla bağlı haqları yoxdur. Bizim ayrı müstəqilliyimiz mövcuddur. Silah gücü ilə türkləri Kipr Respublikasından qovdular. Biz də 1974-cü ildən sonra adanın şimalında məskunlaşdıq. Bundan sonra bu iki dövlətin birləşməsindən söhbət gedə bilməz. Kipr türkünü diz çökdürə bilməzlər. Biz yalnız deyilik. Onların istəyi bizi Avropa Birliyində məhv etmək və Türkiyəni Kiprdən qovmaqdır. Belə bir oyuna gəlməyəcəyimiz üçün bunu deməyə davam edəcəyik”.