2020-ci ildə qlobal iqtisadiyyatda epidemiyaya görə kiçilmə yaşandı. Bu müddət ərzində biz G-20-də Çinlə birlikdə böyüyən iki ölkədən biri olduq. Digər 18 ölkə isə ağır vəziyyətdə idi.
Amma ana müxalifət Türkiyənin G-20-dən kənarda qaldığını söyləməkdə davam edir.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
"Hazırda bir çox aparıcı ölkələr tarixdə ən yüksək inflyasiya səviyyəsini yaşayır. Məsələn, ABŞ-da inflyasiya 6,8 faizə çatıb ki, bu da son 39 ilin ən yüksək səviyyəsidir.
BVF 2022-ci ilin ikinci yarısından etibarən inflyasiyanın azalacağını düşünür. Ancaq risklər də var", - Ərdoğan qeyd edib.