İranda ötən sutka ərzində 1 857 nəfər koronavirusa (COVID-19) yoluxub, 52 nəfər ölüb.
Rusiyada son sutka ərzində daha 23 721 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Çinin Sian şəhərində "hemorragik hərarət" epidemiyası ortaya çıxıb.
Yunanıstanın keçmiş prezidenti Karolos Papulyas bu gün 92 yaşında vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə Afina Makedoniya İnformasiya Agentliyi məlumat yayıb.
Papulyas 2005-2015-ci illərdə ölkə prezidenti, 1985-1989 və 1993-1996-cı illərdə xarici işlər naziri olub.
Papulyas həm də Yunanıstanda faşistpərəst “qara polkovniklər” xuntasına qarşı mübarizənin (1967-1974) fəal iştirakçısı idi.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə heyətinin üzvü, Bosniya və Herseqovinanın sabiq Baş naziri (2001-2002) Zlatko Laqumdziyanın doğum gününü təbrik edib.
Axar.az xəbər verir ki, ÜST rəhbəri bununla bağlı özünün Tvitterdəki hesabında paylaşım edib.
“Doğum gününüz mübarək olsun Laqumdziya. Hamı üçün sağlamlıq və bərabərlik üçün güclü təbliğatınıza görə təşəkkür edirəm”, - deyə ÜST rəhbəri paylaşımında qeyd edib.
ÜST rəhbəri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Zlatko Laqumdziyanın doğum günü ilə bağlı təbrik çarxını da paylaşıb.
Hindistanda müsəlmanlara qarşı soyqırımı çağırışı edilib.