Yunanıstanın keçmiş prezidenti Karolos Papulyas bu gün 92 yaşında vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə Afina Makedoniya İnformasiya Agentliyi məlumat yayıb.
Papulyas 2005-2015-ci illərdə ölkə prezidenti, 1985-1989 və 1993-1996-cı illərdə xarici işlər naziri olub.
Papulyas həm də Yunanıstanda faşistpərəst “qara polkovniklər” xuntasına qarşı mübarizənin (1967-1974) fəal iştirakçısı idi.