Avropa Birliyi (AB) Rusiya ilə yaxşı münasibətlər istəyir, lakin Ukrayna ilə bağlı məsələlər bizi asılı vəziyyətə salır.
Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.
“Ukraynaya qarşı istənilən təcavüzün ardınca genişmiqyaslı nəticələrə malik sanksiyalar olacaq. Onlar hazırdırlar. Avropa ölkələri birləşib, ABŞ və NATO ilə koordinasiyada hərəkət edirlər. Biz Rusiya ilə yaxşı münasibətlər istəyirik, lakin bu onun hərəkətlərindən asılıdır. O, təxribata son qoymalıdır”, - Leyen bildirib.