Əfqanıstanda Taliban hökuməti avtomobillərdə musiqi səsləndirməyə, habelə hicabsız qadınların avtomobilə mindirilməsinə qadağa qoyub.

Ardını oxu...

Ölkə ərazisində havanın yağıntılı keçməsi, yağan qar yollarda avtomobillərin hərəkətinə müəyyən çətinliklər yaradıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Axar.az-a verilən məlumata görə, gün ərzində hərəkətin tənzimlənərək xüsusilə yolayrıclarında nəqliyyatın sıxlığının baş verməsinin qarşısı alınıb.

 

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yolda qalan avtomobillərin hərəkətini davam etdirməsinə köməklik göstəriblər.

Eyni zamanda yol polisi əməkdaşları qış təkərləri olmayan və texniki cəhətdən bu cür hava şəraitinə hazır olmayan nəqliyyat vasitələrinin sahiblərinə də qarlı-buzlu havada yola çıxmamağı tövsiyə ediblər.

Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın 2016-cı ildəki Qarabağ danışıqlarının detallarından bəzilərini açması qalmaqalla müşayət olunur.

Axar.az xəbər verir ki, Serj Sərkisyanın sədri olduğu Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan Paşinyana cavabda ən ağır sözlərdən istifadə edib.

 

“Ermənistan tarixin ən böyük əclafı xain, qatil və satqın damğasından xilas olmaq üçün növbəti dəfə cəhd edib. Açıq yalanlardan açıq cəhalətə, dəhşətli saxtalaşdırmadan yeni saxtakarlığa... Qarabağ məsələsində əsl faciə 2018-ci ildə sənin kimi kütbeyinin hakimiyyətə gəlməsi idi. Qarabağ mövzusunda yalanını, saxtakarlığını və satqınlığını ifşa etməkdən geri çəkilməyəcəm. Birinci gün növbəti dəfə reallıq, həqiqət və faktlarla üz-üzə gələcəksən”, - o yazıb.

Qeyd edək ki, ötən gün Nikol Paşinyan 2016-cı il Aprel savaşlarından sonra Qarabağla bağlı təkliflərin dəyişdiyini və “faciələrin” başladığını bildirmişdi.

FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrindən son çevrilişə cəhddən bu günə qədər 24 min 256 nəfər qovulub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Bu şəxslərdən 9 min 360-ı bir başa Türkiyə milli müdafiə naziri Hulusi Akarın əmri ilə ordudan xaric edilib. İşdən çıxarılanlar arasında 150 general və 10 min 528 müxtəlif rütbəli zabit oldub”, - məlumatda bildirilib.

Küveytin Malayziyaya F/A-18 Hornet qırıcılarını satması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bu barədə Küveyt ordusunun Baş Qərargahı məlumat yayıb.

“Malayziya Krallığı Hərbi Hava Qüvvələri ilə Küveyt Müdafiə Nazirliyi arasında məsələ ilə bağlı müzakirələrin aparılması ilə bağlı yayılan məlumatlar yalandır.

 

Müdafiə Nazirliyinə məxsus texnikanın satışı ilə bağlı hər hansı danışıqlar olarsa, ictimaiyyətə birbaşa açıqlanacaq”.

Qeyd edək ki, Küveytin 1991-ci il Körfəz müharibəsindən sonra 40 ədəd satın aldığı F/A-18C və F/A-18D döyüş təyyarələrini satmağa çalışdığı iddia edilir.