Küveytin Malayziyaya F/A-18 Hornet qırıcılarını satması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Axar.az xəbər verir ki, bu barədə Küveyt ordusunun Baş Qərargahı məlumat yayıb.
“Malayziya Krallığı Hərbi Hava Qüvvələri ilə Küveyt Müdafiə Nazirliyi arasında məsələ ilə bağlı müzakirələrin aparılması ilə bağlı yayılan məlumatlar yalandır.
Müdafiə Nazirliyinə məxsus texnikanın satışı ilə bağlı hər hansı danışıqlar olarsa, ictimaiyyətə birbaşa açıqlanacaq”.
Qeyd edək ki, Küveytin 1991-ci il Körfəz müharibəsindən sonra 40 ədəd satın aldığı F/A-18C və F/A-18D döyüş təyyarələrini satmağa çalışdığı iddia edilir.