İranda ötən sutka ərzində 1 121 nəfər koronavirusa (COVID-19) yoluxub, 42 nəfər ölüb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 131 348 nəfərə, yoluxanların sayı isə 6 182 905 nəfərə çatıb. Virus daşıyıcılarından 2 781 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 6 024 211 nəfər koronavirusdan sağalıb, 41,3 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 116 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 59,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 5,47 milyon təşkil edir.