"DTX-nin ləğvindən sonra DTX binasında klub açılmalıdır".
Publika.az gürcü mediasına istinadla xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezident Mixeil Saakaşvili gecə klublarının fəaliyyəti ilə bağlı məktubunda qeyd edib.
Saakaşvili klubların nümayəndələri ilə həmrəy olduğunu bildirib:
"Gürcüstanın klub mədəniyyəti bütün dünyada məşhurların əsas məhsullarından biridir və biz hamımız bununla fəxr edirik. Mən bir çox ukraynalılardan, avropalılardan, amerikalılardan eşitmişəm ki, Tiflis və Batumidə dünyanın ən yaxşı gecə klubları var. Onlar azadlıq mədəniyyətinin mühüm hissədir. Kiyevdə demək olar ki, heç bir klub bağlanmırdı və hətta epidemiya zamanı yeni klublar açıldı və Tiflisdəkindən daha az adam virusdan öldü. İndi biz peşəkarları itiririk və bu sahədə gürcülərə həm Ukraynada, həm də Avropada böyük tələbat var. Klub işçiləri ilə tam həmrəyliyimi bildirirəm. DTX ləğv edildikdən sonra onun binasında bir klub da açılmalıdır. Sizi inandırıram, zarafat etmirəm və siz tezliklə bunun şahidi olacaqsınız!”.
Xatırladaq ki, pandemiya ilə bağlı gecə klublarının fəaliyyəti dayandırılıb. Buna baxmayaraq, tədbirlər keçirən klublara cərimə tətbiq olunur. Bunlardan biri ötən gecə “Basian” klubu olub və Əmək Müfəttişliyi Xidməti onları 10 min lari cərimə tətbiq edib.