Livana iqtisadi böhrandan çıxmaq üçün ən azı 6-7 il lazımdır.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Livan Prezidenti Mişel Aun çıxış edib.
"Livanda birmənalı olaraq dəyişiklik baş verir. Dəyişikliklər həm ideoloji, həm də praktiki səviyyədə olacaq, çünki biz quldurluq, korrupsiya, sistem səhvləri və uğursuzluqlar səbəbindən mövcud vəziyyətlə üzləşmişik", - Aun vurğulayıb.
Qeyd edək ki, Livanda iqtisadi böhran 2019-cu ildən davam edir.
Hazırda Livan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən, 1 dollar 1 500 Livan lirəsi təşkil edir.