Hindistanın radikal millətçi BJP partiyası və onun lideri Narendra Modi 2014-cü ildə hakimiyyətə gəldikdən sonra ölkədə islamofobiya və müsəlmanlara qarşı hücumlar hər il artmağa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə "Mepa Nyus" məlumat yayıb.

 

Hindli millətçilərinin müsəlmanları ölümlə hədələyən and videolarının yayılması həm ölkə daxilində, həm də xaricdə reaksiyalara səbəb olub.

Bu cür çıxışlar diskurs baxımından xristianlar, sinqxlər və buddistlər kimi icmalara ünvanlansa da, praktiki olaraq müsəlmanları hədəf alır.

Livanda ümumi seçkilər mayın 15-i keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Livan rəhbərliyi Tvitter hesabında yazıb.

 

Məlumata görə, Livan Prezidenti Mişel Aun mayın 15-də parlament seçkilərinin keçirilməsini nəzərdə tutan fərmanı təsdiqləyib.

İŞİD terror təşkilatı və Milli Müqavimət Cəbhəsi Əfqanıstan üçün heç bir təhlükə törətmir.

Axar.az xəbər verir ki, bunu Taliban hərəkatının rəsmisi Zəbiullah Mücahid deyib.

 

“İŞİD və Milli Müqavimət Cəbhəsi yalnız ölkə mətbuatında kağız üzərində mövcuddur, fiziki olaraq onlar ölkədə yoxdur”, - Mücahid bildirib.

Onun sözlərinə görə, İŞİD döyüşçüləri və Əhməd Məsudun başçılıq etdiyi Milli Müqavimət Cəbhəsi əfqan xalqı tərəfindən rədd edilib.

MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin sülh müqaviləsi üzrə danışıqlar apara biləcəyini gözləmək sadəlövhlük olardı.

Bu sözləri Rusiyanın tanınmış hərbi eksperti, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Axar.az-a müsahibəsində deyib.

“Razılaşmalar artıq Soçidə əldə olunub və Brüsseldə bir daha təsdiqlənib. Müqavilələrin bütün təfərrüatı artıq geniş ictimaiyyətə məlumdur. İndi bir sual qalır: Ermənistan öz öhdəliklərini yerinə yetirməyə nə vaxt başlayacaq?

 

Nikol Paşinyanın son bəyanatlarına baxsaq, ehtiyatlı nikbinlik hiss olunur. Bəlkə indi İrəvan bu prosesə konstruktiv yanaşmanı həyata keçirməyə başladı...

Sankt-Peterburqda keçirilən sammitdən ictimayətə çox az informasiya gəlirdi. Sammit çərçivəsində Putin-Əliyev-Paşinyan arasında üçtərəfli görüşün olub-olmaması barədə də məlumat olmadı. Amma ola bilsin ki, onlar bəzi fundamental məsələləri müzakirə etməyə məqam tapıblar. Əsas məqsəd əldə olunan razılaşmalara əlavə təkan verə bilməkdir. Yaxın günlərdə gözlənilməz sensasiyaların ola biləcəyini istisna etmirəm”, - həmsöhbətimiz bildirib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya lideri Putinlə üçtərəfli görüş keçirəcəyini açıqlasa da, ötən gün baş tutan sammitdə görüşün olması ilə bağlı hər hansı informasiya yayılmamışdı.

Türkiyə NATO daxilində ən yüksək hazırlıqlı hərbi qüvvə olan Yüksək hazırlıqlı birləşmiş operativ qrupunun (VJTF) komandanlığını 1 yanvar 2022-ci il tarixində Fransaya təhvil verəcək.

Axar.az xəbər verir ki, bu barədə NATO açıqlama yayıb.

Məlumata görə, komandanlığı Türkiyədən alacaq Fransa bir il müddətində NATO VJTF-in komandanlığını icra edəcək.

 

VJTF-nin əsas elementi 2022-ci ildə 3500 əsgərdən ibarət fransız-alman briqadası olacaq. İspaniya, Portuqaliya və Polşa da işçi qrupunu təmin edəcək.

Qeyd edək ki, Fransa 2023-cü il yanvarın 1-də komandanlığı Almaniyaya təhvil verəcək.