Meksikanın Nuevo-Leon ştatının Monterrey şəhərində kasıb məhəllədə yanğın baş verib.

Axar.az xəbər verir ki, yanğın 100-dən çox evi məhv edib.

 

Yanğının söndürülməsində yanğınsöndürmə bölməsinin briqadaları cəlb edilib. Onlar bir neçə saat ərzində alovu söndürməyə müvəffəq olublar. Ölən və yaralananlar barədə məlumat verilmir.

Yanğının səbəbləri barədə məlumat açıqlanmır.

Türkiyənin müdafiə sənayesi sahəsindəki uğurlu addımları tarixi sıçrayışdır.

Axar.az xəbər verir ki, bunu yunan analitik Stergios Theofanidis bildirib.

 

O qeyd edib ki, bu işlər həm vaxt, həm də vəsait baxımından çox əhəmiyyətli prosesdir:

“Türkiyənin müdafiə sənayesi sahəsi 15 İyul hərbi qiyama cəhddən sonra daha da inkişaf etməyə başladı. ABŞ artıq türklərin silah seçimlərinə heç bir şəkildə nəzarət edə bilmir. Türkiyə bu sahədə Pakistan, Çin, Almaniya, İspaniya, Cənubi Koreya və bir çox ölkələrdəki müdafiə sənayesi şirkətləri ilə əməkdaşlıq edirlər”.

HƏMAS İsraili əsir mübadiləsinə dair anlaşmaya məcbur edəcək gücdədir.

Axar.az xəbər verir ki, bunu HƏMAS hərəkatının lideri İsmayıl Həniyyə deyib.

 

“Hazırda HƏMAS-ın əlində 4 İsrail əsiri var. Əgər İsrail buna razı olmasa, hər yerdə mövcud olan əlaqələrimizlə əsirlərin sayını artıra bilərik. Bununla yanaşı, İsraili Gilboa həbsxanasından qaçanların da aralarında yer alacağı fələstinli məhbusların mübadiləsi üçün anlaşmaya məcbur edə bilərik”, - Həniyyə bildirib.

2021-ci ilin sonunda "Qallap" (Gallup International Association) tədqiqat şirkətinin rəsmi nümayəndəsi "MPG LLC" Ermənistanda sorğu keçirib.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə politoloq Qagik Ambaryan Feysbuk səhifəsində yazıb.

Suallardan biri belə olub: “Gorus-Qafan, Qafan-Çakaten avtomobil yollarında Azərbaycan tərəfindən keçid məntəqələrinin quraşdırılmasına münasibətiniz necədir?

 

Respondentlərin 3 faizi buna müsbət yanaşır, 7,6 faizi isə suala cavab verməkdə çətinlik çəkib”, - Ambaryan yazır.

Politoloq qeyd edir ki, normal erməni bu məsələyə müsbət qiymət verə və ya biganə qala bilməz.

“Məlum olur ki, bu sorğuda iştirak edənlərin 10,6 faizi azərbaycanlıdır. Bu, Nikolun anti-erməni siyasətini dəstəkləyən beşinci kolondur”, - deyə Ambaryan qəzəblənib.

Somalinin Baş naziri Hüseyn Roble ölkədəki çevriliş cəhdi ilə bağlı istintaq komitəsi yaradıb.

Axar.az xəbər verir ki, bu barədə Somali mətbuatı məlumat yayıb.

 

Qeyd edək ki, ötən il fevralın 8-də prezident seçkiləri baş tutmadığı üçün Somalidə Baş nazir Roble və Prezident Abdullah Fermaku arasında siyasi böhran yaşanır. Prezident Fermaku tərəfindən səlahiyyətləri əlindən alınan Roble prezidentin bu addımını çevriliş cəhdi adlandırıb.

12:03

Çinin Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Çinin Seysmologiya mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Lintszyan şəhərində qeydə alınıb.

Zəlzələnin episentri Ninlan uezdində, ocağı isə 10 km dərinlikdə yerləşib.

 

Dağıntı və tələfatla bağlı məlumat yoxdur.

***

Yunnan əyalətində 5,5 bal gücündə baş verən zəlzələ zamanı azı 15 nəfər xəsarət alıb.

Bu barədə ölkənin Seysmoloji Mərkəzinin yaydığı məlumatda deyilir.