Somalinin Baş naziri Hüseyn Roble ölkədəki çevriliş cəhdi ilə bağlı istintaq komitəsi yaradıb.
Axar.az xəbər verir ki, bu barədə Somali mətbuatı məlumat yayıb.
Qeyd edək ki, ötən il fevralın 8-də prezident seçkiləri baş tutmadığı üçün Somalidə Baş nazir Roble və Prezident Abdullah Fermaku arasında siyasi böhran yaşanır. Prezident Fermaku tərəfindən səlahiyyətləri əlindən alınan Roble prezidentin bu addımını çevriliş cəhdi adlandırıb.