Qazax rayonunda yaşayan qohumlarının evinə qonaq gələn Bakı şəhər, Suraxanı rayon sakini, 1995-ci il təvəllüdlü Ş.Quliyev dəm qazından zəhərlənib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Birinci Şıxlı kəndində qeydə alınıb. O, yaxınları tərəfindən Qazax Rayon Diaqnostika Mərkəzinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Eks-prezident Mixail Saakaşvilinin işini araşdırmaq üçün komissiya yaradılarsa, boykota son qoymağa və parlamentə qayıtmağa hazıram.
Axar.az xəbər verir ki, bunu Vahid Milli Hərəkat Partiyasının liderlərindən olan Xatiya Dekanoidze deyib.
O, parlamentdə Saakaşvilinin işini araşdırmaq üçün müvəqqəti komissiyanın yaradılmasını vacib hesab etdiyini vurğulayıb.
Qeyd edək ki, Saakaşvili ötən il oktyabr ayının 1-dən həbsxanadadır. Eks-prezidentə dəstək üçün müxalifət nümayəndələri demək olar ki, fasiləsiz etiraz aksiyaları keçirir.
Ötən gün İranın Fars və Kirman əyalətlərində baş vermiş sel və daşqınlarda ölənlərin sayı 6 nəfərə çatıb.
Axar.az xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Mehdi Vəlipur deyib.
O bildirib ki, hadisə baş verən bölgələrə 500 əməliyyat qrupu ezam olunub:
“Üç min nəfərdən çox insan sığınacaqlara yerləşdirilib, 20 min nəfərə yardım göstərilib. Seldən ən çox Minab və ətraf kəndlər ziyan görüb”.
Qeyd edək ki, bundan öncə seldən 3 nəfərin öldüyü bildirilmişdi.
2021-ci ilin yanvar-noyabr aylarında Türkiyə vətəndaşlarının işə düzəlmə məqsədi ilə Qazaxıstana səfərlərinin sayı 10 dəfə azalıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Məşğulluq Xidmətinin Baş İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, İŞKUR xətti ilə Qazaxıstana səfər edən Türkiyə vətəndaşlarının sayı ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 31,4 dəfə azalaraq 351 nəfər olub.
Ümumilikdə hesabat dövründə İŞKUR vasitəsilə 13 171 Türkiyə vətəndaşı xaricə səfər edib ki, bu da 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 29,9 faiz çoxdur.
Noyabrda İŞKUR xətti ilə 121 193 Türkiyə vətəndaşı işlə təmin olunub. İşaxtaranların 98,9 faizi özəl sektorda işə düzəlib
2021-ci ilin noyabr ayında Türkiyədə işsizlərin sayı 3,182 milyon nəfər olub ki, bunun da 49,4 faizini qadınlar, 50,6 faizini kişilər təşkil edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu "Journal du dimanche" qəzetinə müsahibəsində Fransanın səhiyyə naziri Olivye Veran bildirib.
Nazir yeni COVID ştammının çox yoluxucu olduğunu qeyd edərək, ölkədə yoluxmanın günlük artımının 250 minə çata biləcəyini proqnozlaşdırdığını xatırladıb.
Veranın sözlərinə görə, onun proqnozu demək olar ki, özünü doğruldub. Belə ki, 2021-ci ilin son günündə Fransada 232 min yoluxma halı qeydə alınıb.
"Bu ştamm bütün dünya əhalisinə təsir edəcək. Lakin onun yayılması immunitetin güclənməsinə səbəb olacaq. Bu ştammdan sonra hamımız virusa qarşı daha davamlı olacağıq. Pandemiyanın beşinci dalğasının sonuncu olacağına ümid edirəm", - deyə nazir bəyan edib.
Sudanın baş naziri Abdullah Hamduq istefa verib.
Axar.az xəbər verir ki, hökumət rəhbərinin istefaya getməsinə səbəb ölkədəki siyasi böhran olub.
Qeyd edək ki, ötən ilin noyabrında hərbçilər tərəfindən vəzifəsindən uzaqlaşdırılan A.Hamduq ev dustaqlığından azad edilib və onunla bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.
Bundan sonra baş nazir yenidən hökumətə rəhbərlik edirdi. Sudan hərbçiləri və devrilmiş baş nazir onun vəzifəyə qayıtmasını və texnokratik hökumətin qurulmasını nəzərdə tutan siyasi bəyannamə ilə bağlı razılığa gəlmişdilər.
ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub.