Ermənistanda son sutkada daha 27 nəfərdə COVID-19 viusu aşkarlanıb.
Axar.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 345 007-yə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 7977-yə yüksəlib.
İsrailin keçmiş rabitə naziri Eyyub Kara qalmaqallı çağırışı ilə gündəmə gəlib.
Axar.az xəbər verir ki, Kara HƏMAS hərakatının lideri İsmayıl Həniyyə və hərəkatın aparıcı liderlərindən biri Yəhya Sinvarın öldürülməsini tələb edib.
Kara HƏMAS-ın İsrail tərəfindən öldürülən qurucuları Şeyx Əhməd Yasin və Əbdüləziz Rantisiyə diqqət çəkərək bildirib ki, Həniyyə və Sinvarı Rantisi və Yasinin yanına göndərməyin vaxtı çatıb.
O həmçinin qeyd edib ki, İsrail Qəzzədan atılan raketlərə cavab verməsə, bu, İsrail dövlətinin gücünə ölümcül zərbə olacaq. Bu, Həmas və Qəzzədakı təşkilatları İsrail vətəndaşlarına atəş açmağa davam etməyə sövq edəcək.
Qeyd edək ki, İsrail ordusu dünən Qəzzədan Təl-Əvivə doğru 2 raket atıldığını, raketlərin Aralıq dənizinə düşdüyünü açıqlamışdı.
2020-ci ildə dünyada uşaq hüquqlarının kobud şəkildə pozulması ilə bağlı 26 425 fakt qeydə alınıb. 2021-ci ilin birinci rübünün ilkin məlumatlarına görə, belə halların sayı bir qədər azalıb, lakin uşaqların oğurlanması və yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq hallarının sayı həyəcan verici sürətlə artmaqda davam edib - belə cinayətlər müvafiq olaraq, 50 və 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz çoxdur.
Milli.Az report-a istinadən xəbər verir ki, bu məlumatı BMT-nin mətbuat xidməti Birləşmiş Millətlər Təşkilatının Uşaq Fonduna (YUNİSEF) istinadən yayıb.
Ən çox adam oğurluğu Somali və Konqo Demokratik Respublikasında (KDR) baş verib. Uşaqlara qarşı cinsi zorakılıq hallarının sayına görə Konqo Demokratik Respublikası, Somali və Mərkəzi Afrika Respublikası (CAR) birincidir.
Döyüş əməliyyatlarından ən çox zərər çəkən uşaqların sayı isə Əfqanıstanda aşkarlanıb - 28,5 min. Bu, dünya üzrə belə pozuntuların ümumi sayının 27 faizini təşkil edir. Məktəb və xəstəxanalara edilən hücumların sayına görə Yaxın Şərq və Şimali Afrika ölkələri üstünlük edir.
Yəməndə 2015-ci ilin martından bu günə kimi 10 000 uşaq öldürülüb və ya şikəst edilib. Bu, hər gün ərzində dörd uşağın ölümü deməkdir. Burkina Faso, Kamerun, Kolumbiya, Liviya, Mozambik və Filippində də uşaqlar hər gün əziyyət çəkirlər.
2020-ci ildə müharibədən sonra qalanlar da daxil olmaqla partlayıcı qurğuların işə düşməsi nəticəsində 3,9 mindən çox uşaq həlak və ya şikəst olub.
Qeyd edilir ki, çox vaxt bir qanun pozuntusu digərinə gətirib çıxarır: məsələn, 37 faiz hallarda uşaqlar qaçırılıb, sonra zorla silahlandırılıb. Bu təcrübə xüsusilə Somali, KDR və CAR-da dərin kök salıb.
YUNİSEF dünyadakı bütün münaqişə tərəflərini hərbi əməliyyatlara məruz qalmış uşaqların hüquqlarını qorumaq üçün konkret tədbirlər görmək barədə rəsmən öhdəlik götürməyə çağırıb.
2005-ci ildən bəri münaqişə tərəfləri cəmi 37 belə öhdəlik imzalayıblar ki, bu isə hədsiz aşağı rəqəmdir.
Mütəxəssislər Omikron ştammının səbəb olduğu koronavirus infeksiyasının yüngül gedişatını əvvəlki variantlarla müqayisədə ağciyərlərdə aşağı yayılma sürəti ilə əlaqələndirirlər.
Axar.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzeti məlumat yayıb.
Məlumata əsasən, bu nəticəyə bir neçə tədqiqat qrupu gəlib. Belə ki, Yaponiya və ABŞ-dan olan tədqiqatçılar dağsiçanı və siçovulları SARS-CoV-2-nin müxtəlif stammları ilə yoluxdurublar. Omikronla yoluxan gəmiricilərin tənəffüs yolları daha az zədələnib.
Oxşar nəticələr Honq-Konq Universitetinin əməkdaşları tərəfindən əldə edilib, lakin onlar insan orqanizminin toxumaları ilə təcrübə aparıblar. Tənəffüs yollarından götürülən 12 nümunədə Omikron Deltadan daha yavaş yayılıb.
İranın Sistan-Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri ilə silahlı qruplaşmalar arasında atışma baş verib.
Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın Qüds briqadası məlumat yayıb.
Atışma nəticəsində silahlı qruplaşmanın 3 üzvü ölüb, daha 5 nəfər isə yaralanıb. Atəşmada 3 iranlı hərbçinin də həlak olduğu bildirilib.
Əməliyyat nəticəsində silahlı qruplaşmaya aid düşərgə məhv edilib.
Taliban beynəlxalq səviyyədə tanınması üçün Əfqanıstanda Əl-Qaidə terror qruplaşmasının fəaliyyətini qadağan edə bilər.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Nikita Mendkoviç deyib.
“Hazırda tanınma ilə bağlı vəziyyətin əsaslı şəkildə dəyişdiyini hesab edirəm. Xarici qüvvələr Talibanın terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəsinə qiymət vermək üçün ondan fundamental addımlar gözləyir”, - politoloq qeyd edib.
Qasım Süleymaninin öldürülməsinə göstəriş verən Tramp və onun kimilər dünyadakı cinayətlərinin bədəlini ödədikdən sonra tarixin zibil qutusuda unudulacaqlar.
Axar.az xəbər verir ki, bunu İranın dini lideri Əli Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının komandanı Qasım Süleymaninin ailəsi ilə görüşərkən deyib.
Qeyd edək ki, Bağdadda ABŞ-ın hava hücumu zamanı həyatını itirən Qasım Süleymaninin ölümünün yanvarın 3-də 2-ci ildönümü olacaq. İldönüm öncəsi Xamenei Süleymaninin ailəsi ilə görüşüb.
Fransada ictimai yerlərdə 3 yanvardan başlayaraq, maska taxma məcburiyyəti 6 yaşa endirilib.
Axar.az xəbər verir ki, bu barədə ölkə qanunvericiliyinin rəsmi bülletenində dərc edilmiş fərmanda qeyd olunub.
Əvvəllər bu tələb yalnız 11 yaşdan yuxarı insanlara şamil edilirdi.
Fransa Nazirlər Kabinetinin nümayəndəsi Qabriel Attalın sözlərinə görə, ölkədə koronavirusla bağlı vəziyyət kritikdir. Səhiyyə naziri Olivier Veran isə bildirib ki, tezliklə Fransada Omikron ştammı üstünlük təşkil edəcək.
Kanal İstanbul layihəsi üzrə işlər bu il daha da sürətləndiriləcək.
Axar.az xəbər verir ki, bunu Türkiyə nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu deyib.
"Biz layihəyə 2021-ci ildə start verdik və 2022-ci ildə gündəmimizin əsas məsələlərindən olan Kanal İstanbul üzrə işləri sürətləndirmək olacaq", - Qaraismayıloğlu vurğulayıb.