Braziliyanın Bahia ştatında güclü leysan yağışlarının səbəb olduğu sel və torpaq sürüşməsi qurbanlarının sayı artıb.
COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar dekabrın 31-dən Paris küçələrində maska taxmaq məcburi olacaq.
Artıq hepatit C müalicə olunan infeksiya sayılır.
ABŞ Dövlət katibi Entoni Blinken Fransa, Almaniya və Böyük Britaniya XİN rəhbərləri ilə telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, XİN rəhbərləri Ukraynadakı vəziyyət, İranın nüvə proqramı, Litva-Çin gərginliyi, Liviyada seçkilərlə bağlı fikir mübadiləsi aparıblar.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus "omikron" ştammının və "delta" ştammının dünyada yeni xəstəlik dalğasına səbəb ola biləcəyini deyib.
SpeysX yaxın 5-10 il ərzində insanın Marsa enməsinə nail olacaq.
Axar.az xəbər verir ki, bu sözləri SpeysX şirkətinin rəhbəri İlon Mask deyib.
O bildirib ki, bu hadisə ən yaxşı halda 5, ən pis halda isə 10 ilə baş verəcək.
Maskın sözlərinə görə, əsas məsələ uyğun maşını layihələndirməkdir. Əsas hədəf isə yanacaq sərfiyyatını minimallaşdırmaqdır. Belə ki, bir tona görə olduqca yüksək qiymət hazırda bu plana mane olur.
“Hazırda heç kəs Marsa bir trilyon dollara uça bilməz”, - Mask deyib.
Mask min “Starşip” raketi hazırlamaq və gündə 3 gəmi buraxmaqla, Marsa bir milyon insanın göndərilməsini planlaşdırdığını qeyd edib.
İtaliyada son 24 saat ərzində koronavirusa yoluxma hallarının sayı 78 313 nəfər olub ki, bu da ölkədə pandemiyanın başlanğıcından bəri yeni maksimumdur.
Milli.Az bildirir ki, Respublikanın Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, son 24 saat ərzində 202 nəfər COVID-dən dünyasını dəyişib.
Ümumilikdə, pandemiya başlayandan ölkədə yoluxanların ümumi sayı 5,7 milyondan çox olub, 5 milyondan çox insan isə ölümcül virusdan sağalıb. Həmçinin, 136 955 ölüm halı qeydə alınıb.
Yunanıstanda da rekord gündəlik yoluxma yaşanıb. Son sutkada 21 657 analoji fakt aşkar edilib. Bununla da, ölkədə xəstəliyə yoluxanların ümumi sayı 1.1 milyon nəfərə çatıb.
Bununla yanaşı, gün ərzində 60 nəfər koronavirusdan ölüb. Pandemiyanın başlanğıcından indiyədək ölənlərin sayı isə 20 557 nəfər təşkil edib.
Qeyd edək ki, son 24 saat ərzində Britaniyada 129.4, Fransada isə 180 min nəfər yeni COVID xəstəsi qeydə alınıb və bununla da, hər iki ölkədə analoji antirekordlar yenilənib. /medicina.az
Koronavirusun "Delta" və "Omicron" ştamları pandemiyaya yeni yoluxmaların "sunami"sinə səbəb ola bilər.
Rusiya Prezidenti Vladimir Putin Şimal Axını-2 qaz kəmərinin tikintisinin başa çatması münasibətilə tərəfdaşlarını təbrik edib.
Axar.az xəbər verir ki, o, "Qazprom"u və layihə tərəfdaşlarını boru kəmərinin istismara hazır olması münasibətilə təbrik edib.
Qeyd edək ki, bu gün Şimal Axını-2 qaz kəmərinin tikintisi tam yekunlaşıb.