Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus "omikron" ştammının və "delta" ştammının dünyada yeni xəstəlik dalğasına səbəb ola biləcəyini deyib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ÜST rəhbəri brifinq zamanı bildirib.
O qeyd edib: "Bu, bütün dünyada səhiyyə sistemlərinə təzyiqi əhəmiyyətli dərəcədə artıra biləcək hadisələrin "sunamisi"nə səbəb ola bilər".
T.A.Qebreyesus "omikron" ştammının güclü yoluxuculuq qabiliyyətinə diqqət çəkib.