İtaliyada son 24 saat ərzində koronavirusa yoluxma hallarının sayı 78 313 nəfər olub ki, bu da ölkədə pandemiyanın başlanğıcından bəri yeni maksimumdur.
Milli.Az bildirir ki, Respublikanın Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, son 24 saat ərzində 202 nəfər COVID-dən dünyasını dəyişib.
Ümumilikdə, pandemiya başlayandan ölkədə yoluxanların ümumi sayı 5,7 milyondan çox olub, 5 milyondan çox insan isə ölümcül virusdan sağalıb. Həmçinin, 136 955 ölüm halı qeydə alınıb.
Yunanıstanda da rekord gündəlik yoluxma yaşanıb. Son sutkada 21 657 analoji fakt aşkar edilib. Bununla da, ölkədə xəstəliyə yoluxanların ümumi sayı 1.1 milyon nəfərə çatıb.
Bununla yanaşı, gün ərzində 60 nəfər koronavirusdan ölüb. Pandemiyanın başlanğıcından indiyədək ölənlərin sayı isə 20 557 nəfər təşkil edib.
Qeyd edək ki, son 24 saat ərzində Britaniyada 129.4, Fransada isə 180 min nəfər yeni COVID xəstəsi qeydə alınıb və bununla da, hər iki ölkədə analoji antirekordlar yenilənib. /medicina.az