COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar dekabrın 31-dən Paris küçələrində maska taxmaq məcburi olacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Fransanın paytaxt polisinin prefekturası bildirib.
Polisdən qeyd edilib ki, bu tədbir 11 yaşdan yuxarı bütün şəhər sakinlərinə və qonaqlarına şamil edilir. Velosipedçilər, avtomobilçilər və açıq havada idmanla məşğul olan insanlar üçün istisna edilib.
Qeyd edək ki, Fransa Səhiyyə Nazirliyinin rəhbəri Olivye Veranın səsləndirdiyi məlumatlara görə, son sutka ərzində ölkədə 200 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb.