SpeysX yaxın 5-10 il ərzində insanın Marsa enməsinə nail olacaq.
Axar.az xəbər verir ki, bu sözləri SpeysX şirkətinin rəhbəri İlon Mask deyib.
O bildirib ki, bu hadisə ən yaxşı halda 5, ən pis halda isə 10 ilə baş verəcək.
Maskın sözlərinə görə, əsas məsələ uyğun maşını layihələndirməkdir. Əsas hədəf isə yanacaq sərfiyyatını minimallaşdırmaqdır. Belə ki, bir tona görə olduqca yüksək qiymət hazırda bu plana mane olur.
“Hazırda heç kəs Marsa bir trilyon dollara uça bilməz”, - Mask deyib.
Mask min “Starşip” raketi hazırlamaq və gündə 3 gəmi buraxmaqla, Marsa bir milyon insanın göndərilməsini planlaşdırdığını qeyd edib.