İranda ötən sutka ərzində 34 nəfər koronavirusdan (COVID-19) ölüb.
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı Azərbaycan xalqını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
Axar.az xəbər verir ki, bu barədə səfir Tvitterdə paylaşım edib.
“31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü səmimi qəlbdən təbrik edir yeni ilin xoşbəxt arzularla sülh və əmin-amanlıq gətirməsini diləyirik”, - səfir qeyd edib.
Bitkoin yaradıcısı Satoşi Nakamoto təxəllüsü arxasında gizlənən şəxs riyaziyyatçı Nik Sabo ola bilər.
Axar.az xəbər verir ki, bu sözləri SpeysX şirkətinin rəhbəri İlon Mask deyib.
O qeyd edib ki, alim 1998-ci ildə bitkoinin sələfi sayılan “bit qold” adlı mərkəzləşdirilməmiş rəqəmsal valyuta üçün alqoritm yaradıb.
Bununla belə, Sabo özü kriptovalyutanın inkişafında iştirakını inkar edir.
Proseslərin bundan sonra sürətlə, konstruktiv istiqamətdə irəliləyəcəyini düşünürəm. Bizim bu mövzuda mövqeyimiz açıq və konkretdir.
Axar.az Report-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın jurnalistlərə açıqlamasında deyib.
“Ermənistan bizim sərhəd qonşumuzdur. Ona görə də sərhədin açılmasını, diplomatik əlaqələrin başlamasını diləyirik. Bunun üçün bəzi şərtlər yerinə yetirilməli, məlum məsələlər müzakirə edilməlidir. Xüsusi nümayəndələrin işi onsuz da bu məqamların həlli ilə bağlıdır. Ermənistanın bir tərəfdən Azərbaycanla, digər tərəfdən Türkiyə ilə əlaqələrini normallaşdırması bütün bölgəyə fayda verəcək. Bu, ən çox Ermənistana lazımdır. Çünki Ermənistan kiçik, yoxsul, əhalisi az olan, dənizə çıxışı olmayan, ticarət yolları məhdud ölkədir. Azərbaycanla sülh müqaviləsinin imzalanması əlaqələrin yaranması deməkdir. Türkiyə ilə əlaqələrin normallaşacağı təqdirdə sərhəd ticarətindən sərhəd təhlükəsizliyinə, Türk Hava Yollarının uçuşlarına qədər bir çox sahədə inkişaf olacaq. Bütün bunlar Ermənistanın, erməni xalqının xeyrinədir. Bizim ölkəmizdə yaşayan erməni vətəndaşlarımızla da çox yaxşı əlaqələrimiz var. Onlara qarşı ayrı-seçkilik, hücum olarsa, hər zaman konkret mövqe sərgiləyəcəyik, onları müdafiə edəcəyik. Onların bir problemləri olanda dərhal bizə müraciət edə bilərlər”, - Ərdoğanın sözçüsü vurğulayıb.
İbrahim Kalının sözlərinə görə, artıq Ermənistanla əlaqələrin normallaşmaması üçün səbəb yoxdur:
“1992-ci ildə Türkiyə Ermənistanla diplomatik əlaqələrini kəsəndə, sərhəddi bağlayanda əsas məsələ Qarabağın işğalı idi. Keçən il 44 günlük müharibədə qazanılan zəfərlə Qarabağ problemi həll edildi. Qarabağ tarixi sahiblərinə qayıtdı və 1992-ci ildə bizim Ermənistanla əlaqələrimizin sona çatmasına səbəb olan problem həll edildi. Prezidentimiz də ilk gündən etibarən Azərbaycanla Ermənistan arasındakı münasibətlərə adekvat olaraq Türkiyənin də Ermənistanla əlaqələri normallaşdırmaq istiqamətində addımlar atacağını demişdi. Bildiyiniz kimi, bu istiqamətdə xüsusi nümayəndələr də artıq təyin olunub”.
Gürcüstan parlamenti taksi, qayıq və şəxsi avtomobillərdə siqaret çəkməyi qadağan edən qanun layihəsini birinci oxunuşda qəbul edib.
Liviyanın keçmiş prezidenti Müəmmər Qəzzafi və Yəmənin keçmiş prezidenti Əli Abdulla Saleh İraqın keçmiş lideri Səddam Hüseynin Əmmanda yerləşən müdafiə vəkilləri komitəsini maliyyələşdirmək üçün vəsait ayırıblar.
Axar.az xəbər verir ki, bunu Səddam Hüseynin vəkili Büşra Xəlil deyib.
“Qəzzafi və Əli Abdulla Saleh vəkillər komissiyasına ödəniləcək pulları Əmmanda komitənin ofisində işləyən Səddam Hüseynin qızı Rağada göndərmişdilər”, - Büşra Xəlil bildirib.
Qeyd edək ki, İraqın keçmiş lideri Səddam Hüseyn 2006-cı ilin dekabrın 30-da edam olunub.
Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski Prezident İlham Əliyevə məktub göndərib.
Axar.az təbrikin mətnini təqdim edir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm.
Siz gözəl bir ölkənin müdrik lideri kimi respublikada dəyişikliklər prosesinə sanballı töhfələr vermisiniz və bu gün çox mühüm dövlət proqramlarını həyata keçirməkdə davam edirsiniz. Əminəm ki, Siz əldə edilən nəticələrdən qürur duyursunuz, lakin daha çox nailiyyət əldə etmək inamı tükənməzdir. Ümidvaram ki, Sizin rəhbərliyinizlə dövlətlərimiz arasında münasibətlər qarşılıqlı hörmət əsasında daha faydalı xarakter daşıyacaqdır.
Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə böyük uğurlar, xalqınıza firavanlıq və tərəqqi arzulayıram".