Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan şikayətinə baxılmasının təmin olunmaması halında sensasion açıqlamalarla çıxış edəcəyini bildirib.
Axar.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.
Hazırda Tonoyana qarşı başlanan cinayət işinin ibtidai istintaq mərhələsi yekunlaşıb və iş yanvar ayında məhkəməyə göndəriləcək. Onun vəkilləri cinayət işinin dayandırılması barədə vəsatət qaldırsalar da, təmin edilməyib.
Keçmiş nazirin vəkilləri bununla bağlı daha yuxarı instansiyalara müraciət edəcəklərini deyiblər. Tonoyan isə şikayətinin rədd olunması halında susmayacağını və həqiqətləri açıqlayacağını vurğulayıb.
Qeyd edək ki, Tonoyana sursatların əldə edilməsi prosesində baş verən sui-istifadə halları, xüsusən keyfiyyətsiz, yararsız raketlərin alınması ilə bağlı cinayət işi açılıb. Cinayət işi çərçivəsində silah tədarükü ilə məşğul olan iş adamı David Qalstyan, Ermənistan ordusunun Baş Qərargah rəisinin keçmiş müavini də ittiham olunur. Tonoyan və əlaltıları külli miqdarda vəsaitin mənimsənilməsində təqsirləndirilir.