İranda ötən sutka ərzində 34 nəfər koronavirusdan (COVID-19) ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 131 606 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 1703 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 619 4401 nəfərə çatıb.