Türkiyəli aktrisa Öykü Karayel koronavirusa yoluxub.
Rusiya Dövlət Dumasının Dağıstandan olan deputatı Sultan Hamzayev qalmaqallı açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Telefon danışığı zamanı ikitərəfli əlaqələr, NATO-Rusiya Şurasının iclası, Qazaxıstan, Bosniya və Herseqovina və Qafqazdakı mövcud vəziyyət müzakirə edilib.
Ölkədəki etirazlar əvvəlcədən nəzərdə tutulmuşdu, amma ictimai narazılıq uzun müddət idi yığılmışdı.
Axar.az xəbər verir ki, bunu Qazaxıstanın keçmiş baş naziri Akejan Kajegeldin deyib.
“Əslində hər şeyin, o cümlədən ərzaqların bahalaşması hökumət tərəfindən atılan düşünülməmiş, axmaq addım idi. Neft ölkəsində birdən-birə belə qiymət artımı sadəcə bəhanədir. Paytaxtda çoxuşaqlı anaların kiçik bir qrupunu döymək və həbs etmək, həmkarlar ittifaqı nümayəndələrini cəzalandırmaq və öldürmək mümkündür, lakin fəhlə sinfinin böyük kütləsi, gənc insanlar meydana çıxanda onlarla danışmaq lazımdır”, - keçmiş baş nazir bildirib.
Onun sözlərinə görə, sərt tədbirləri yalnız düşmənə qarşı işlətmək olar:
“Düşünmürəm ki, özünü seçilmiş hesab edən prezident öz vətəndaşlarını düşmən hesab etsin”.
Türkiyə hər zaman Qazaxıstanın yanındadır.
Axar.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Tvitter hesabında yazıb.
“Dost və qardaş ölkə Qazaxıstanda baş verənləri yaxından və kədərlə izləyirik. İnanırıq ki, Qazaxıstan dövləti və qardaş Qazaxıstan xalqı sağlam düşüncə ilə bu ağır günləri dəf edəcək, tezliklə sülh və sabitliyə qovuşacaq”, - deyə Şəntop bildirib.
Yeni ilin ilk günlərində Qazaxıstanda sıxılmış qazın qiymətinin iki dəfə qalxmasına görə başlayan etiraz aksiyaları silahlı münaqişəyə çevrilib. Prezident Tokayev maye qazın qiymətini endirsə, hökuməti istefaya göndərsə və aksiyaçıların tələblərini dərhal qarşılasa da, təxribatlar ölkənin əsas şəhərlərinə daha da şiddətləndi.
Xüsusilə Almatıda etirazçılar avtomat silahlarla hüquq-mühafizə orqanlarına hücum edirlər, strateji obyektləri ələ keçirir, yanğınlar, dağıntılar törədirlər. İndiyə qədər 13 polis ölüb, yüzlərlə yaralı var.
Tokayev artıq KTMT-dən yardım istəyib və rus desantları artıq Qazaxıstana göndərilib.
Axar.az dövlət rəsmilərinin və beynəlxalq ekspertlərin Qazaxıstandakı vəziyyətlə bağlı fikirlərini diqqətinizə çatdırır:
Dmitri Novikov, Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini:
“Qazaxıstan Vaşinqtonun 21-ci əsrdə iki əsas rəqib adlandırdığı Çin və Rusiyanın taleyinə təsir etmək üçün Qərbin xüsusi xidmət orqanları və hökumətləri üçün maraqlıdır”.
Mərkəzi Asiya ölkələri üzrə ekspert Arkadi Dubnov:
“Qazaxıstanda vəziyyət Belarusdan daha təhlükəlidir. Söhbət təkcə qazdan getmir, hamı deyir ki, bunun siyasətlə əlaqəsi var. Qazaxıstanda hakimiyyət iki güc mərkəzi arasında ziddiyyət təşkil edir”.
Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Boqdan Bezpalko:
“Qazaxıstandakı etiraz aksiyaları respublikanın hazırkı hakimiyyəti üçün real təhlükədir. Açığı, bunun arxasında kimsə dayanır. Görünür, bütün bunlar ciddi nəticələrə gətirib çıxaracaq”.
Siyasi Texnologiyalar Mərkəzinin birinci vitse-prezidenti, Ali İqtisadiyyat Məktəbinin professoru Aleksey Makarkin:
“Hələlik Qazaxıstandakı kütləvi nümayişlərin arxasında heç bir elit oyunçu görünmür”.
Qazaxıstanlı politoloq Anton Buqayenko:
“İndiki vəziyyətdə hakimiyyətin hərəkətləri zəiflik kimi qəbul ediləcək. Görünür ki, hakimiyyət geri çəkilir. Üstəlik, ən pis ssenaridə - dövlət qurumlarının ələ keçirilməsindən sonra geri çəkilir. Hakimiyyətin bu cür hərəkətləri insanları daha ciddi tələblər irəli sürməyə vadar edə bilər”.
Qazax politoloq Marat Şibutov:
“Dövlət iflasa uğrayarsa, o zaman heç bir şey bərpa olunmayacaq. Ümumiyyətlə, biz qazax xalqı daha məntiqli olmalı və addımlarımızın nəticələrini düşünməliyik”.
Qazaxıstanda etirazçılar hərbçilərdən üzr istəməli və hakimiyyətlə danışıqlara getməlidir.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Mən belaruslar adından etirazçılara müraciət etmək istərdim. Onlara sadəcə deyərdim: bir az hay-küy saldınız, qışqırdınız, bəsdir, danışıq aparmaq lazımdır. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə danışa bilərsiniz. Gedib diz çökmək, yaranan çatı bağlamaq üçün hərbçilərdən üzr istəmək və hakimiyyətlə, Tokayevlə danışmaq lazımdır”, - o bildirib.
Qırğızıstan öz vətəndaşlarının Qazaxıstandan təxliyəsinə başlayıb.
Əgər hər şeyi öz adı ilə adlandırsaq, Qazaxıstanda baş verən hadisələr ya dövlət çevrilişinə cəhd, ya silahlı üsyan, ya da reallaşan rəngli inqilabdır.
Axar.az xəbər verir ki, bu fikirlərlə rusiyalı hərbi ekspert İqor Korotçenko çıxış edib.
Onun sözlərinə görə, Tokayev Konstitusiyaya uyğun olaraq bütün səlahiyyətlərindən istifadə edib iğtişaşların yatırılması üçün müvafiq hüquq-mühafizə orqanları və Silahlı Qüvvələrdən istifadə edərsə, vəziyyət nəzarətə götürülə bilər:
“Eyni zamanda, hakimiyyət bir tərəfdən üsyançıların əməllərini sərt şəkildə yatırmalı, digər tərəfdən isə “ağıllı və adekvat etirazçılar”la dialoq aparmalıdır. Əgər hakimiyyət zəiflik, çaşqınlıq, özünə inamsızlıq, təhlükəsizlik işçilərinə güvənməkdə acizlik nümayiş etdirərsə, bu halda hakimiyyətin zorakılıqla dəyişməsi də daxil olmaqla, çox acınacaqlı nəticələr gözləyə bilər”.