Ölkənin bir sıra bölgələrində çoxsaylı insan itkiləri ilə nəticələnən faciəvi hadisələrlə bağlı yanvarın 10-u Qazaxıstanda Ümummilli Matəm Günü elan olunub.
Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev vətəndaşları ölkə Prezidenti Kasım-Jomart Tokayevin ətrafında birləşməyə çağırıb.
Qazaxıstanda bəzi bölgələrdə davam edən iğtişaşlar fonunda internetə giriş yenidən bağlanıb.
ABŞ Dövlət Departamenti Şərqi Aralıq qaz boru xətti layihəsi olan “Eastmed”i dəstəkləmir. Rəsmi Vaşinqton məsələ ilə bağlı Afinaya məktub göndərib.
Axar.az xəbər verir ki, bu barədə iddianı yunan jurnalist Theofrastos Andreopoulos səsləndirib.
O bildirib ki, Afinanın Ankaraya qarşı siyasi vasitə kimi istifadə etdiyi layihənin gələcəyi ABŞ-ın rədd cavabı ilə qaranlığa qərq olur:
“Vaşinqton bununla Ankaranın Şərqi Aralıqdakı mövqeyini qəbul edir. ABŞ tərəfindən Yunanıstana göndərilən məktubdan həm Təl-Əvivə, həm də Ankaraya göndərilib. Bir sözlə, kəmərin ləğvi Türkiyənin tam olaraq istədiyini əldə etməsi anlamına gəlir”.
Qeyd edək ki, 2020-ci ilin yanvarında Türkiyənin Şərqi Aralıqdakı həmlələrinə qarşı İsrail, Yunanıstan və Kipr “Eastmed” anlaşmasını imzalamışdılar.
Belarus Prezidenti Aleksandr Lukaşenko ilə qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayev arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, bu barədə Belarusun “Belta” agentliyi məlumat yayıb.
Bildirilir ki, tərəflər Qazaxıstandakı durumu, eləcə də gələcək tədbirləri müzakirə ediblər.
Türkiyənin dialoq çağırışlarına baxmayaraq, Yunanıstan AB-yə sığınaraq təxribatlarını ört-basdır etməyə çalışır.
Axar.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
“Eyni zamanda Yunanıstan Türkiyə ilə olan məsələlərini Türkiyə-AB, Türkiyə-ABŞ və ya Türkiyə-NATO probleminə çevirmək istəyir”, - nazir bildirib.
Akar vurğulayıb ki, Afina beynəlxalq müqavilələrə zidd olaraq ən az 16 adanı müxtəlif təlimlərə daxil edib:
“Afina beynəlxalq müqavilələrə əsasən Yunanıstana verilməyən ada və qayalara haqq iddia edir. Hətta bu adaların bəzilərini satışa çıxarır”.
Braziliyanın ikinci böyük şəhəri olan Rio-de-Janeyroda nasist Almaniyasının rəhbəri Adolf Hitlerin "Mənim mübarizəm" ("Mein Kampf") əsəri qadağan olunub.
Almatıdakı iğtişaşların bəzi iştirakçıları Qazaxıstanda işlədilməyən dillərdə danışırdılar.
Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev hazırda paytaxt Nur-Sultandadır və prezident Kasım-Jomart Tokayevlə daim əlaqədədir.
Böyük Amerika xalqı uçurumun kəndarındadır: əgər lazımi tədbirlər görülməzsə, vətəndaş müharibəsi ilə üzləşəcək və bizim dəyərli demokratiyamız məhv olacaq.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın 97 yaşlı keçmiş prezidenti Cimmi Karter “Nyu York Tayms” üçün qələmə aldığı məqaləsində yazıb.
“Vicdansız siyasətçilərin başçılıq etdiyi qəzəbli kütlə Kapitoliyə basqın etdi və hakimiyyətin demokratik yolla ötürülməsinin qarşısını almağı demək olar ki, bacardı”, - deyə Karter ötən il baş verən hadisələri xatırladıb.
Sabiq prezident aparılmış sorğu nəticələrindən birini misal gətirərək göstərib ki, amerikalıların 36 faizi “amerikan həyat tərzini xilas etmək üçün” ABŞ-ın güc tətbiq etməli olduğuna inanır:
“Bu, demokratiyaya təhlükədir. Amerikalılar fundamental qanun və konstitusion prinsiplərə sadiq qalmalıdır”.