Ermənistan Qazaxıstana 100 hərbçi göndərib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı bölməsi strateji əhəmiyyətli binaların, tikililərin və infrastrukturun mühafizəsi funksiyalarını yerinə yetirəcək”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, dünən Ermənistanın KTMT çərçivəsində Qazaxıstana 70 hərbçi göndərdiyi bildirilmişdi.

15:33

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu, Milli Təhlükəsizlik Komitəsi sədrinin keçmiş müavini Samat Abişin Almatıda saxlanılması ilə bağlı az öncə yayılan məlumat təkzib olunub.

 

Axar.az xəbər verir ki, məlumatı yayan Orda.kz saytının baş redaktoru Gülnarə Bajenkova Samat Abişin saxlanılması ilə bağlı məlumat verən mənbənin səhv etdiyi deyib.

“Samat Abişin saxlanılması ilə bağlı bizə məlumat verən mənbə səhv edib, məlumat təsdiq olunmayıb. Bağışlayın, biz fövqəladə vəziyyətdə işləyirik və yeganə məqsədimiz oxucularımızı məlumatlandırmaqdır”, - Bajenkova bildirib.

Qazaxıstanda açıq-aşkar kirli əlin təşkil etdiyi hadisələrin səbəbi qaz qiymətlərinin artımı yalanı ilə ört-basdır edilir və hədəf yayındırılır. Qiymət artımlarının ləğv edilməsinə baxmayaraq, nümayişçilər hələ də küçələri tərk etməyiblər. Qazaxıstanda məcrasından çıxan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) vasitəsilə Rusiyanın xarici müdaxiləsinə çevrilən hadisələr Kremlin bir oyunudurmu, yoxsa xarici manipulyasiyanın qarşısını almaq üçün Qazaxıstana daxil olub? Bu kimi sualların cavabını ən yaxşı Tokayev bilir.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

Onun sözlərinə görə, Qazaxıstanda hadisələrin başvermə səbəbinin qiymətlərin qalxması ilə əlaqəsi çox uzaqdır:

“Qazaxıstanda xaricə, Rusiyaya bağlı olan bir sıra fiqurlar bunun bir inqilab olduğunu və hədəflərinin hökuməti devirmək, siyasətçiləri dəyişdirmək olduğunu açıqlamağa başladılar”.

 

Verilən açıqlamaların ağıllara “Ərəb baharı”nı və rəngli inqilabları gətirdiyini bildirən Ağar hadisələrin çox ciddi olduğunu vurğulayıb:

“Baş verən hadisələrdən sonra Tokayev KTMT-dən kömək istədi və bununla proseslərinin istiqaməti dəyişdi. Ölkəyə bir müdaxilə oldu. Təxminən 3 min rus, 1500 Belarus və 70 Ermənistan əsgəri hadisələrə müdaxilə etdi. Proseslər arasında ən ciddi məsələ bir türk dövlətinin belə bir təsir altına girməsidir. Rusiyanın bu cür həmlələrinin nə kimi nəticələr doğurduğunu təxmin edə bilirik. Bu məqamda Qazaxıstanın və türk dünyasının gələcəyinin necə olacağı, geosiyasi mənada hadisələrin hansı məhdudiyyətlərə səbəbə olacağı son dərəcə əhəmiyyətlidir”.

Ekspert Rusiyanın bütün istiqamətlərdə Ukraynaya qarşı bir qalxan formalaşdırmağa çalışdığını vurğuladı:

“Türk dünyası ilə bağlı son dərəcə vacib ümidlərin qabarmış olduğu bir dünyada, təxminən üç milyon kvadrat km-lik coğrafiya hazırda yaşanmaqda olan qeyri-sabitliyə görə xarici müdaxilə ilə qarşı-qarşıya qalıb. Yaşananları buradan oxumaq olduqca çətindir, amma bir gerçək var ki, indi ölkəyə müdaxilə var və bu, Rusiya tərəfindən həyata keçirilib. Çıxacaqlarmı, qalacaqlarmı, bu qalma və çıxma mərhələlərində Türkiyə və türk dünyası nə edəcək, formalaşmaqda olan türk dünyası təşəbbüsü nə olacaq kimi sualların cavabları çox böyük əhəmiyyətə sahibdir. İndi isə ancaq bunu proqnozlaşdıra bilirik ki, Rusiya şərqdə, qərbdə və cənubda Ukraynaya qarşı qalxan qurur. Belarus, Qazaxıstan, Qarabağ kimi məsələlərin hamısı bu qalxanla bağlıdır. Sözügedən qalxanın bizim coğrafiyamıza keçməsi ilə işin rəngi dəyişib. Mövzunu araşdırarkən Qarabağ, ABŞ-la NATO-nun Ukrayna ilə bağlı didişmələri, Belarusda miqrant böhranı kimi məsələləri də gözardı etməməliyik. Qazaxıstandakı vəziyyəti bəhs etdiyimiz ümumi mənzərə fonunda oxumaq onun önəmini bizə göstərəcək”.

Rusiya ordusunun sabiq Baş Qərargah rəisi, ordu generalı Anatoli Kvaşnin bu gün Moskvada dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə Hərbi Rəislər Klubunun aparat rəhbəri Nikolay Deryabin məlumat yayıb.

 

O bildirib ki, Kvaşninin ölümünə səbəb koronavirus infeksiyasıdır.

Qeyd edək ki, Kvaşnin 1997-2004-cü illərdə Baş Qərargah rəisi olub.

Almatıya 20 min quldur basqın edib.

Axar.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev xalqa müraciətində deyib.

 

“Silahlılar silahı yerə qoymayıblar, onlara qarşı əməliyyatlar davam edir”, - Tokayev bildirib.

Qazaxıstanda baş verənlər ölkənin daxili işidir.

Axar.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü deyib.

 

“Tam əminik ki, səlahiyyətlilər məsələ ilə lazımi şəkildə məşğul olacaqlar. Ümid edirik ki, vəziyyət ən qısa zamanda sabitləşəcək və asayiş bərpa olunacaq”, - deyə o bildirib.