15:33
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu, Milli Təhlükəsizlik Komitəsi sədrinin keçmiş müavini Samat Abişin Almatıda saxlanılması ilə bağlı az öncə yayılan məlumat təkzib olunub.
Axar.az xəbər verir ki, məlumatı yayan Orda.kz saytının baş redaktoru Gülnarə Bajenkova Samat Abişin saxlanılması ilə bağlı məlumat verən mənbənin səhv etdiyi deyib.
“Samat Abişin saxlanılması ilə bağlı bizə məlumat verən mənbə səhv edib, məlumat təsdiq olunmayıb. Bağışlayın, biz fövqəladə vəziyyətdə işləyirik və yeganə məqsədimiz oxucularımızı məlumatlandırmaqdır”, - Bajenkova bildirib.