Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə qazaxıstanlı həmkarı Muxtar Tleuberdi arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, telefon danışığı zamanı Qazaxıstanda baş verən son hadisələr müzakirə olunub.
Çavuşoğlu Türkiyənin Qazaxıstana dəstəyini bir daha vurğulayıb.