Qazaxıstanda baş verənlər ölkənin daxili işidir.
Axar.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü deyib.
“Tam əminik ki, səlahiyyətlilər məsələ ilə lazımi şəkildə məşğul olacaqlar. Ümid edirik ki, vəziyyət ən qısa zamanda sabitləşəcək və asayiş bərpa olunacaq”, - deyə o bildirib.