Rusiyalı jurnalist və aparıcı Mixail Zelenski 47 yaşında vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə “Rossiya Kultura” kanalının rəhbəri Aleksandr Yefimoviç yazıb.

 

“Baza” Teleqram kanalının məlumatına görə, jurnalist Dominikan respublikasında öz həyat yoldaşı ilə istirahət edirmiş. Jurnalistin vəziyyəti qəfil pisləşib və xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, Zelenskinin ölümünə səbəb insult olub.

Qarşıdan gələn Rusiya-NATO danışıqlarından əldə edilə biləcək ən pis nəticə köhnə mövqelərin təkrarlanması olacaq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin çıxış edib.

 

"12 yanvardakı danışıqların nəticəsi necə olacaq? - Ən pisi son bir neçə ildə olduğu kimi, NATO-nun köhnə mövqelərinin təkrarlanması. Lakin NATO-Rusiya Şurası bunun üçün yaradılmayıb. Şura müzakirə etmək və həll yollarını, ortaq nöqtələri tapmaq üçün yaradılıb", - Kelin vurğulayıb.

Finlandiya və İsveçlə NATO-ya üzvlük məsələsini müzakirə etməyə hazırıq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland çıxış edib.

 

Qeyd edək ki, ötən gün İsveç Baş naziri Maqdalena Andersson açıqlamasında ölkəsinin NATO-ya üzv olmaq niyyətində olmadığını bəyan edib.

ABŞ Dövlət katibi Entoni Blinken və Ukrayna xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.

 

Tərəflər danışıq zamanı Rusiyanın gələcək təcavüzkar addımlarından qorunmaq üçün kompleks tədbirlər– ciddi iqtisadi sanksiya və Ukrayna silahlı qüvvələrinin potensialının gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Bundan əlavə, Blinken 10 yanvar Cenevrədə baş tutan ABŞ-Rusiya danışıqlarının məzmunu ilə bağlı Kulebanı məlumatlandırıb.

Macarıstan Baş naziri Viktor Orbanın Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə danışaraq son olaylarla əlaqədar onunla həmrəy olduğunu bildirməsi Çexiya rəsmiləri tərəfindən kəskin reaksiya ilə qarşılanıb.

Axar.az xəbər verir ki, Çexiya parlamentinin spikeri Marketa Pekarova-Adamova Orbanın faktiki olaraq Qazaxıstan vətəndaşlarının güllələnməsini dəstəklədiyini bildirib.

“Macarıstan təkcə Viktor Orbandan ibarət deyil. Orada xeyli vətəndaş yaşayır. Bu kimi açıqlamalar onlarda xeyli suallar doğurur. Mən vətəndaşları dəstəkləyirəm”, - deyə spiker bildirib.

 

Çexiya xarici işlər naziri Yan Livavski parlament sədrini dəstəkləyib:

“Xəbərdarlıqsız güllələmə əmri verən prezident həmrəyliyə ehtiyac duymur. Biz Qazaxıstan xalqı ilə həmrəyik”.

ABŞ ilə təhlükəsizlik danışıqlarını davam etdirməyin mənası olub-olmadığına tezliklə qərar verəcəyik.

Axar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

“Danışıqların başa çatması üçün son tarix yoxdur. Heç kim belə bir tarix təyin etməyib. Sadəcə olaraq, bu prosesin sonsuza qədər davam etməsi Rusiya üçün uyğun deyil”, - deyə Peskov bildirib.

Qeyd edək ki, tərəflər arasında təhlükəsizliklə bağlı ilk danışıqlar ötən gün Cenevrədə baş tutub.

Kriminal aləmdə Dikiy Arman kimi tanınan avtoritet Arman Cumageldiyev barədə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Axar.az xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

A.Cumageldiyev Nur-Sultan şəhərinin Rayonlararası İstintaq Məhkəməsi qərarı ilə həbs edilib

 

İstintaqın digər detalları açıqlanmayıb.

Xatırladaq ki, Arman Cumageldiyev yanvarın 7-si Almatı şəhərində saxlanılmışdı.