Şimkənd şəhəri, Şərqi Qazaxıstan, Karaqanda və Türküstan vilayətlərində fövqəladə vəziyyət bu gün ləğv ediləcək.

Axar.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Qasım-Jomart Tokayevin mətbuat xidməti açıqlayıb.

 

Oxşar göstərişlər Şərqi Qazaxıstan, Qaraqanda və Türküstan rayonlarına da verilib.

Qeyd edək ki, daha əvvəl Qərbi Qazaxıstan, Pavlodar və Şimali Qazaxıstan vilayətlərində fövqəladə vəziyyət ləğv edilmişdi.

NATO-nun dəyər və öhdəliklərini bölüşən Türkiyə 1952-ci ildən bəri üzərinə düşən bütün vəzifə və missiyaları uğurla yerinə yetirir.

Axar.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

 

"Tarixin ən uğurlu müdafiə ittifaqı olaraq, NATO-nun əvvəlkindən daha fəal və canlı olduğuna inanırıq", - Akar bildirib.

Rusiya öz sərhədlərində alyansın görünməsini qəti qəbul etmir, bu, əsl qırmızı xəttdir.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynanın NATO-ya üzvlük imkanların ilə bağlı açıqlamasında deyib.

 

“Hətta Ukrayna NATO-ya üzv olmasa belə, Azov dənizində silahların və ABŞ hərbi bazalarının görünməsi ikinci qırmızı xəttdir”, - Lavrov bildirib.

Bu gün can Azərbaycanla diplomatik əlaqələrimizin bərpasının və qardaşlarımıza qovuşmağımızın 30 illiyidir.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitter hesabında yazıb.

 

"Həmişə kədərdə də, sevincdə də bir yerdəyik, bundan sonra da bir yerdə olacağıq. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!", - Çavuşoğlu bildirib.

Dünən Türkiyə Böyük Millət Məclisindəki siyasi partiyaların Qazaxıstan xalqının, dövlətinin və Prezident Qasım-Jomart Tokayevin yeni dövr islahatlarına dəstəyini gördük.

Axar.az xəbər verir ki, bunu Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekulu deyib.

 

"Bu baxımdan yanımızda olduğu üçün qardaş Türkiyə dövlətinə və xalqına minnətdarıq. Bu onu göstərdi ki, biz hər zaman belə böhranlara qarşı hazır olmalıyıq", - Saparbekulu deyib.

Yaponiyanın keçmiş baş naziri Toşiki Kayfu 91 yaşında vəfat edib.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, keçmiş baş nazir bazar günü, yanvarın 9-da vəfat edib. Ölümün səbəbləri barəsində məlumat verilmir.

Toşiki Kayfu 1989-cu ilin avqustundan 1991-ci ilin noyabrına qədər baş nazir vəzifəsində çalışıb. O, özünümüdafiə qüvvələrinin bölmələrinin xaricdə yerləşdirilməsini təsdiqləyən Yaponiya hökumətinin ilk rəhbəri oldu.

Hərbi qulluqçular Körfəz müharibəsindən sonra mina təmizləmə əməliyyatlarında iştirak edib.

Baltikyanı ölkələrin NATO-ya daxil olmasını alyansın səhvi adlandıran Rusiyanın fikirləri tamamən absurddur.

Axar.az xəbər verir ki, bu sözləri Estoniya Prezidenti Alar Karis deyib.

 

“Soyuq müharibənin bitməsindən bəri ən yüksək gərginlik səviyyəsinə çatmışıq. Üç Baltikyanı ölkənin NATO-ya daxil olmasını Rusiya yanlış hesab edir. Bu fikir absurddur. Alyansa üzvlük azad və müstəqil Estoniya, Latviya və Litvanın demokratik seçimi ilə baş tutdu”, - deyə Karis bildirib.

Qeyd edək ki, sözügedən Baltikyanı ölkələr 2004-cü ildə alyansa daxil olub.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları ölkənin cənub-şərq əyalətlərində - Sistan və Belucistanda təlimlər keçirir.

Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın quru qoşunlarının komandanı Məhəmməd Pakpur məlumat verib.

 

O bildirib ki, PUA, aviasiya və zirehli maşınların cəlb edildiyi təlimə “Qüds” briqadasının müxtəlif operativ birlikləri, o cümlədən raket və artilleriya bölmələri, xüsusi təyinatlılar qatılıb.