Rusiyada koronavirus əleyhinə vaksinasiya ödənişli ola bilməz.
Türkiyə Hava Yolları şirkəti daxili reyslərdə PCR testi tələbini ləğv edib.
Axar.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Bilal Ekşi Tvitter hesabında paylaşım edib.
“HES (Həyat Evə Sığar) kodunu təqdim etmək kifayətdir”, - B.Ekşi bildirib.
"İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə bu il II Qarabağ İqtisadi Forumu keçiriləcək.
Bizdə məlumat var ki, Rusiya Ukraynanın şərqində yanıltma əməliyyatları aparmaq üçün bəzi agentlərini əvvəlcədən bölgəyə yerləşdirib.
Axar.az xəbər verir ki, bunu Ağ Ev sözçüsü Cen Psaki deyib.
Psaki Rusiyanın bu əməliyyatları Ukraynanın işğalına zəmin hazırlamaq üçün planlaşdırdığını iddia edib:
“Biz bunu 2014-cü ildən əvvəl də görmüşük. Bunlara təxribat aktları və Ukraynanın Rusiya qüvvələrinə hücum etməyə hazırlaşması kimi ittihamlar daxildir”.
Ağ Ev sözçüsü eyni zamanda iddia edib ki, Rusiya ordusu yanvarın ortaları ilə fevralın ortaları arasında Ukraynaya müdaxilə edə bilər.
2022.01.14. 20:44
Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanlıların dövlət orden və medalları ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
Axar.az Ukrayna Prezidenti Ofisinin saytına istinadla xəbər verir ki, sərəncama əsasən Ukraynanın Şamaxıda Fəxri konsulu Qasımov Mehralı Süleyman oğlu və Azərbaycanda “Ukrayna Ticarət Evi”nin Baş direktoru Məhərrəmzadə Əlibala Səttar oğlu III dərəcəli “Xidmətə görə” ("За заслуги") ordeni, Bakı Slavyan Universitetində Ukrayna mədəni-maarif mərkəzinin direktoru Kərimova Lesya Volodimir qızı isə “Əmək və qələbəyə görə” ("За працю і звитягу") medalı ilə təltif edilib.
Prezident İlham Əliyevlə görüşdə Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanı birləşdirəcək nəqliyyat dəhlizinin yaradılması məsələsi qaldırılıb.
Axar.az xəbər verir ki, bunu Ukraynanın dövlət başçısı Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.
Türkiyə və İranın rolu dünyada və regionda çox önəmlidir.
Axar.az xəbər verir ki, bunu İranın eks-prezidenti Mahmud Əhmədinejad deyib.
"Eyni zamanda, Səudiyyə Ərəbistanının da rolu çox önəmlidir. Biz insan resursları, təbii ehtiyatlar və coğrafi baxımından mükəmməl mövqelərdə olan ölkələryik. Aramızda birlik olarsa, sanki bütün dünyada birlik olar. Ən azından bu birliyin faydası olar və düşmənlər artıq bizə qarşı plan qura bilməzlər. Bu birlik sayəsində hər üç ölkə inkişaf edə bilər", - Əhmədinejad bildirib.
Ukraynada 7 nazirliyin və bəzi digər dövlət qurumlarının internet saytlarına haker hücumu olub.
Axar.az xəbər verir ki, hücum nəticəsində dövlət qurumlarının, eləcə də 7 nazirliyin saytına daxil olmaq mümkün olmayıb.
Kiberhücum zamanı Ukrayna Xarici İşlər Nazirliyinin saytında Ukrayna, rus və polyak dillərində hədə mesajı yazılıb:
"Bütün şəxsi məlumatlarınız açıqlanıb. Kompüterdəki bütün məlumatlar məhv edilib, onu bərpa etmək mümkün deyil. Qorxun və ən pisini gözləyin”.