David Sassolinin ölümündən sonra Avropa Parlamentinə (AP) yeni sədr seçkisi keçirilib.

Axar.az xəbər verir ki, məlumata görə, maltalı Roberta Metsola qurumun yeni rəhbəri seçilib.

 

Metsola AP-nin son 20 ildə ilk qadın sədri, ümumilikdə isə üçüncü qadın sədri olub.

Rusiya banklarına qarşı sanksiya təhlükəsindən danışmaq tezdir, media spekulyasiyaları çox vaxt şayiələrə əsaslanır.

Axar.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

 

"Mətbuatda çox vaxt heç nəyə əsaslanmayan və ya hansısa şayiələrə söykənən müxtəlif fərziyyələrə etibar etməyək. Diqqətimizi sanksiyalara aludə olan ölkələrin rəsmi orqanlarına yönəldək”, - Peskov bildirib.

Moskva ilə Qərb arasında silsilə danışıqlar əslində heç bir nəticə vermədi. Amma mən qərəzli rus ekspertlərinin bu görüşü müsbət şərh etmələrinə təəccüblənmədim. Onlar yüksək səslə bəyan etdilər ki, bu danışıqlar Rusiya üçün guya növbəti heyrətamiz “qələbə” idi, çünki Qərb ən azı onunla danışıqlar masası arxasına oturdu.

Bu sözləri Axar.az-a açıqlamasında xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə rusiyalı ekspert Qriqori Trofimçuk deyib.

“Mən razılaşmıram ki, Moskva qəsdən gələcək fəaliyyətini davam etdirmək, əl-qolunu tam açmaq üçün ABŞ və NATO-ya perspektivsiz tələblər irəli sürüb. Və budur, əllər tamam açılıb, amma Rusiya xarici işlər naziri nəyisə gözləyən “faytonçu” haqqında danışmağa davam edir. Düşünmürəm ki, bilərəkdən Rusiyanın zəifliyini nümayiş etdirmək Moskvanın məqsədi idi. Moskva, deyəsən, Qərbin 2018-ci ilin martından bəri yığılan qabaqcıl rus silahları ilə bağlı nağıllardan qorxacağına ümid edirdi. Amma bu baş vermədi, indi bundan sonra nə edəcəyimizi düşünməliyik”, - həmsöhbətimiz bildirib.

 

Trofimçuk bildirib ki, olanları belə təsvir etmək olar: Azadlıq heykəli lazer şüası ilə yarıya bölünməyəcək:

“Təəssüf ki, ABŞ-ın bütün bunları hiss etməsi nəzərə çarpır və indi onlar daha da irəliləmək niyyətindədirlər. Eyni zamanda, bütün dünya iki lokomotivin toqquşmasından əvvəl donub qaldı: Rusiya və Anti-Rusiya”, - Trofimçuk bildirib.

Qazaxıstanın tək mərkəzdən hazırlanan terror aktları nəticəsində güzəşt üzərinə güzəşt verilməsi hədəflənmişdi.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı deyib.

 

“Aydındır ki, Qazaxıstandakı böhran regional müqaviməti sınaqdan keçirdi. Daxili və xarici dinamikanı düzgün təhlil etmədən Qazaxıstanın hansı təhlükələrə məruz qaldığını anlamaq bizim üçün çətindir. Qazaxıstanda hadisələrin qarşısı alınıb. İmperialist dairələrin bundan sonra da boş qalmayacaqları dəqiqdir. Soyuq müharibə dövrünün tarixi simmetriyası var. Hədəf türk-islam coğrafiyalarıdır. Türk Dövlətləri Təşkilatı Qazaxıstandakı qeyri-sabitliyə qarşı məsuliyyətli mövqe sərgiləyib”, - Bağçalı bildirib.

Yavaş-yavaş, mərhələli şəkildə məzənnə də, faiz də azalacaq və 2022-ci il bizim ən parlaq ilimiz olacaq.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyaya səfərinin başa çatmasından sonra jurnalistlərə açıqlamasında deyib.

 

"Valyuta məzənnəsindəki dalğalanmanın azalmasından və sabitliyin davam etməsindən məmnunuq. Maliyyə birjalarındakı sabitliyin davamına və lirəyə marağın artmasına yönəlmiş addımlarımız davam edəcək. Artıq inflyasiya azalmağa başlayıb. Bu, belə davam edəcək. İnflyasiyanın geriləməsi bizim hədəfimizdir. Artıq faizdə də azalmalar başlayıb. Yavaş-yavaş, mərhələli şəkildə məzənnə də azalacaq, faiz də azalacaq və 2022-ci il bizim ən parlaq ilimiz olacaq. Bu, özü ilə inflyasiyanın azalmasını da gətirəcək", - deyə o bildirib.

Qeyd edək ki, ötən ilin sonunda Türkiyə lirəsi kəskin ucuzlaşmışdı. Dekabrın 18-də ABŞ dollarının qiyməti 18 lirəyədək yüksəlmişdi.

Rusiyanın Ukrayna işğalını real yanaşma kimi görmürəm. Çünki Ukrayna sıradan bir ölkə deyil, güclü ölkədir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

"Bundan əlavə, Rusiya bu addımı atması üçün bütün dünyadakı vəziyyəti və öz vəziyyətini gözdən keçirməlidir. Azərbaycan Prezidenti İlham Əliyev Ukraynada idi. İndi cənab İlham Əliyevlə danışacağam. Təbii ki, bu məsələləri cənab Putinlə də müzakirə etməliyik. Çünki bu bölgələr artıq müharibəni qəbul edə bilmir. İndi biz müharibəni siyasət tarixindən silməliyik. “Bir ölkənin torpaqlarını zəbt edim, götürüm” məntiqi ilə işlər getməz. Məsələn, Rusiya Ukraynada nə etdi? Krıma çökdü. Krımın işğalına qarşı olduğumuzu hər dəfə cənab Putinə deyirəm. Bunları bizim Xarici İşlər Nazirliyi də həmsöhbətlərinə deyir. Yəni bizim siyasətimiz bu məsələdə aydındır", - Ərdoğan bildirib.