Səudiyyə Ərəbistanı Türkiyə məhsullarına qoyduğu embarqonu ləğv etmək qərarına gəlib.
Axar.az xəbər verir ki, bu barədə “Türkiyə qəzeti” məlumat yayıb.
“Türkiyənin ən mühüm ticarət tərəfdaşlarından biri olan Səudiyyə Ərəbistanına edilən ixracat embarqo səbəbindən 2,7 milyard dollardan 189 milyon dollara düşmüşdü. Səudiyyə Ərəbistanı embarqonu ləğv etməklə Türkiyə ilə həm diplomatik, həm də iqtisadi sahədə yeni səhifə açmağı planlaşdırır.
Qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fevral ayında bu ölkəyə səfəri çərçivəsində açıqlanacaq. Bu qərarla iki ölkə arasında ticarət dövriyyəsinin 3 milyard dollara çatacağı gözlənilir”, - nəşr yazır.
Yunanıstan mediası Türkiyə ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar paylaşır.
Axar.az xəbər verir ki, bunu sabiq yunan səfir Panayotis Loakimidis deyib.
“Biz davamlı olaraq Türkiyənin guya təcrid olunduğu görüntüsünü əks etdirərək mif yaradırıq. Bu, reallığı əks etdirmir. Dəqiqləşdirilməmiş informasiyanı yaymaq jurnalistika prinsiplərinin pozulmasıdır. Media məlumatlandırmaq əvəzinə, gərginliyi artırmağa xidmət edir. Bu, çox narahatedici haldır. Hətta bəzi xəbərlərin təqdim edilməsi anlaşılmazlıqlara səbəb olur. Nəticə etibarı ilə Türkiyə-Yunanıstan əlaqələrində gərginliyi artıran atmosfer yaranır. Media bu məsələlərdə diqqətli olmalıdır”, - sabiq səfir bildirib.
Rio-de-Janeyro və San-Pauluda samba məktəblərinin ənənəvi karnaval paradları koronavirusun omikron ştammının yayılması ilə əlaqədar aprel ayına təxirə salınıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu qərarı ölkənin iki ən böyük meqapolislərinin merləri Eduardo Pais və Rikardo Nunes cümə günü keçirilən görüşdə birgə qəbul ediblər. Görüşdə samba məktəblərinin yerli assosiasiyalarının rəhbərləri də iştirak ediblər.
Qeyd edək ki, son həftə ərzində Braziliyada koronavirusa yoluxanların sayı bütün pandemiya ərzində ən yüksək olub. Hazırda ölkə xəstəliyə yoluxanların və ölənlərin sayına görə ilk yerlərdə qərarlaşıb.
Türkiyənin Rusiya ilə münasibətləri var. İki ölkənin münasibətləri bütün məsələlərdə inkişaf etməkdə davam edir. Münasibətlərimiz Ukrayna ilə eyni şəkildə yaxşıdır.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Bu müsbət hadisələrin Rusiya ilə Ukrayna arasında neqativə çevrilməsini qəbul edə bilmərik. Rusiya ilə Ukrayna arasında sülh olsa, biz vasitəçi ola bilərik. Artıq qeyd etdim ki, bununla bağlı üzərimizə hansı vəzifə düşürsə, biz hazırıq. İndi qarşıda Ukraynaya səfərim var. Bu arada, ola bilsin, cənab Putinlə telefonla əlaqəsi saxlayacam və ya Moskvaya səfər edəcəm. Biz regionda sülhün hökm sürməsini istəyirik. Əlimizdən gələni etməyə hazırıq”, - Ərdoğan bildirib.
Amerika tərəfi gələn həftə Rusiyanın təkliflərinə yazılı cavab verəcəyinə söz verib.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Entoni Blinken mənə dedi ki, baş tutan fikir mübadiləsindən məmnundur. Bu, onlara gələn həftə bizim təkliflərimizə yazılı cavab verməyə kömək edəcək”, - Lavrov bildirib.
Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Entoni Blinkenin Cenevrədə görüşü başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, tərəflərin görüşü başlamazdan bir neçə dəqiqə əvvəl Moskva NATO qoşunlarının Rumıniya və Bolqarıstanı tərk etməsini tələb edib.
Nə Belarus, nə də Rusiya müharibə istəyir.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Fikrimcə, Rusiya rəhbərliyi də məni başa düşər. Deyəcəklərim yəqin ki, onların mövqeyinə uyğun olacaq. Biz müharibə istəmirik. Ona görə yox ki, bu, çətin və pisdir, həm də insanlar və hərbçilər üçün dəhşətlidir. Allah eləməsin müharibə olsun, bu, hamıya təsir edəcək. Buna görə müharibə istəmirik”, - Lukaşenko bildirib.
Azərbaycanla Serbiya arasında viza tələbi aradan qaldırılır.
Axar.az xəbər verir ki, bu, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.
Qeyd edək ki, sənəd bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin toplantısında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.
Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiya mümkün qədər tez formalaşdırılmalı və fəaliyyətə başlamalıdır. Bu prosesdə rəsmi Bakı və İrəvana konsultativ yardım göstərməyə hazırıq.
Axar.az Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2021-ci il üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.
Yanvarın 14-də keçirdiyi mətbuat konfransında jurnalistlərin səsləndirdiyi suallara bu gün yazılı cavab verən S.Lavrov deyib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə qoşulmaq istəyən hər kəs tərəflərin maraqlarını nəzərə almalıdır:
“Rusiya Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə qoşulmaq istəyən hər kəsin tərəflərin maraqlarından çıxış etməli olduğuna və Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatı nəzərə almalı olduğuna tərəfdar çıxış edir”.
Diplomat vurğulayıb ki, bu il Rusiya ilə MDB ölkələrinin çoxu, o cümlədən Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur:
“Biz silsilə yubiley tədbirlər hazırlayırıq. Bu tədbirlərin mədəni-maarifləndirici xarakter daşıdığını nəzərə alsaq, onların ictimaiyyət üçün maraqlı olacağını düşünürük”.