Ölkədə baş verən iğtişaşların kökündə varlılarla kasıbların gəlirləri arasındakı uçurum dayanır.
Axar.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.
“Varlı ilə kasıb arasındakı uçurum qəbuledilməz həddə çatıb. Sizə yaxşı bəlli olan korrupsiya fonunda gəlirlərdəki bu təbəqələşmə terrorçuların və onların arxasında duran sui-qəsdçilərin istifadə etdikləri barıt çəlləyində yandırılmış kibrit rolunu oynadı”, - Tokayev bildirib.
Onun sözlərinə görə, baş verənlər illərdir yığılıb qalmış problemləri üzə çıxarıb.
Moskva İbrahim Rəisinin İran prezidenti seçildikdən sonra səfər etdiyi ilk xarici paytaxt olub. Bu da onun Rusiya ilə bütün səviyyələrdə strateji əlaqələri gücləndirmək istəyindən xəbər verir.
Axar.az xəbər verir ki, bu barədə “Rai AL Youm” nəşrinin yaydığı məqalədə deyilir.
“Bu səfərin vaxtı təsadüfən seçilməyib. Tehran və Vaşinqtonun İran nüvə sazişinə qayıtması ilə bağlı Vyanada aparılan danışıqlar yekunlaşmaq üzrədir. Ukrayna ətrafında vəziyyət son həddə çatmaq təhlükəsi yaradır. İsrail İranın nüvə obyektlərini məhv etməklə hədələyir. Əfqanıstanda daxili qeyri-sabitlik və xaos ABŞ-ın uğursuz siyasətinin nəticəsidir.
Bu baxımdan İran lideri və onu müşayiət edən nümayəndə heyətinin Rusiyaya səfəri və Prezident Putinlə görüşündə siyasi, iqtisadi və hərbi sahədə əməkdaşlığın müzakirəsi olub. Rəisi də öz növbəsində təsdiq edib ki, İran tərəfi rusiyalı həmkarlarına iki ölkə arasında ən azı 20 ilik perspektivi müəyyən edə biləcək strateji əməkdaşlıq haqqında sənədi təhvil verib. Bu, 2021-ci ilin martında İran və Çinin xarici işlər nazirləri tərəfindən imzalanmış hərtərəfli əməkdaşlıq sazişini xatırladır ki, bu sazişə əsasən Pekin 25 il ərzində İran iqtisadiyyatına 450 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb. Bir çox ölkələr bu səfəri və onun nəticələrini izləyir. Şübhəsiz ki, bu səfər və onun ehtimal olunan nəticəsi ABŞ, İsrail, Avropa və onların bəzi müttəfiq ərəb dövlətlərində narahatlıq səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq”, - deyə məqalədə bildirilib.
ABŞ Rusiyaya qarşı məhdudiyyətlər üçün bir sıra variantları nəzərdən keçirməkdə davam edir və əvvəllər bildirilən tədbirlərin heç biri hələ də istisna edilmir.
Axar.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Bayden Rusiyanın yaratdığı təhlükəni “yaşıl geyimli kiçik adamlar” və kiberhücumlar adlandırıb. O bildirib ki, ABŞ bu cür çağırışlara cavab verməyə hazırdır.
Suriyanın Hasekə vilayətindəki Əs-Sanaviyə həbsxanasından azı 20 İŞİD döyüşçüsü qaçıb.
Axar.az xəbər verir ki, "Əl-Mayadeen" telekanalı məlumat yayıb.
Bildirilib ki, digər məhbus yoldaşları onların qaçışını asanlaşdırmaq üçün həbsxana girişində iki maşını partladıblar.
Hazırda şəhərə nəzarət edən Suriya Demokratik Qüvvələri Quveyran məhəlləsinə giriş-çıxışı bağlayıb.
Ərazidə helikopterlərlə axtarışlara başlanılıb.
Məlumata görə, türmədən qaçan terrorçular silahlıdır.
İran Türkiyəyə verilən təbii qazı 10 günlük dayandıracaq.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin BOTAŞ şirkəti məlumat yayıb.
"İran Gürbulak-Ağrı giriş məntəqəsindən verilən təbii qaz nasazlıq səbəbindən 10 gün müddətinə dayandırılacaq. Bu səbəbdən sənaye obyektlərində və elektrik stansiyalarında məhdudiyyətlər olacaq", - şirkət bildirib.
Hava nəqliyyatı sahəsi və onunla birlikdə turizmin bərpası ilə bağlı 2022-ci il üçün daha bir optimist proqnoz bu dəfə Eurocontrol tərəfindən səsləndirilib. Avropa hava naviqasiya təhlükəsizliyi təşkilatının analitikləri, koronavirusla bağlı vəziyyət yaxşılaşdıqdan sonra 2022-ci ildə sürətli bərpanın 2019-cu ildə hava səyahəti səviyyəsinə yaxın olacağını proqnozlaşdırırlar. Agentliyin məlumatına görə, Avropada hava nəqliyyatı keçən ilin sonuna qədər, AB-də omikron virusu yayılanadək davamlı olaraq bərpa edilib və yayda 2019-cu ildə pandemiyadan əvvəlki səviyyənin 70%-nə çatıb.
Milli.Az aviatravel.az-a istinadən bildirir ki, əlavə məhdudiyyətlərə baxmayaraq, dekabr ayı trafiki 2019-cu ilin eyni ayının 78%-nə yaxındır.
"Omikron variantı ilə bağlı problemlər səbəbindən vəziyyət çətin olaraq qalır. Bu, bir çox Avropa aviaşirkətini yanvar ayında tutumunu 30%-ə qədər azaltmağa məcbur edir. Pandemiya səbəbindən uçuşlar da ləğv edilir. Lakin vəziyyət yaxşılaşdıqdan sonra biz tez bərpa və 2019-cu ilin trafik səviyyəsinə qayıdış gözləyirik" Eurocontrol-un baş meneceri Eamonn Brennan bildirib.
O, həmçinin qeyd edib ki, loukosterlər bu yay ənənəvi daşıyıcılardan daha sürətli bərpa olunub, bəziləri artıq avqust ayından 2019-cu ilin səviyyəsində fəaliyyət göstərir. Beləliklə, Ryanair ili ən yüksək sərnişin tələbatına malik Avropa daşıyıcısı kimi başa vurub və tutumunu "ilin son aylarında 2019-cu il səviyyəsinin 100%-dən çoxuna" yüksəldib. Bunun əksinə olaraq, dekabr ayında easyJet uçuşları 2019-cu illə müqayisədə hələ də 33%, British Airways uçuşları isə 46% azalıb. 2021-ci ildə Avropa üzrə ümumi trafik 2019-cu ilin səviyyəsinin 56%-ni təşkil edib.
Türkiyənin vitse-prezidenti Fuat Oqtay 20 Yanvar faciəsinin 32-ci il dönümü ilə əlaqədar olaraq Azərbaycan xalqına başsağlığı verib.
Axar.az xəbər verir ki, o, bu barədə Tviter səhifəsində paylaşım edib.
"1990-cı il yanvarın 20-də can Azərbaycanın müstəqilliyi üçün həyatlarını qurban verən qardaşlarımızı rəhmətlə anırıq”, – paylaşımda qeyd olunub.
Rusiya hərbi müşavirləri Mərkəzi Afrika Respublikasındadır (MAR), lakin Moskva bu ölkənin daxili işlərinə qarışmır.
Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz Mərkəzi Afrika Respublikası ilə müxtəlif səviyyələrdə əlaqələri inkişaf etdiririk, orada bizim hərbi müşavirlərimiz var. Lakin Moskvanın bu ölkədə daxili proseslərdə iştirakı qeyri-mümkündür və bu barədə söhbət gedə bilməz”, - Peskov bildirib.
ABŞ koronavirusun Omikron ştammının yayılmasına görə yenidən qapanmalara qayıtmaq niyyətində deyil.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib.
Qeyd edək ki, statistikaya əsasən, ABŞ dünyada koronavirusa yoluxma tempinə görə ilk sıradadır.