Böyük Britaniya Kiyevdəki səfirliyinin əməkdaşlarının bir hissəsini və onların ailə üzvlərini ölkədəki vəziyyətin gərginləşməsi ehtimalı fonunda geri çağırmağa başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.
“Rusiyadan gələn təhlükəyə cavab olaraq bəzi səfirlik əməkdaşları və onların ailə üzvləri Kiyevdən çıxarılır. Britaniya səfirliyi isə fəaliyyətinə davam edəcək”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, dünən Böyük Britaniya hökuməti səfirlik əməkdaşlarının Kiyevdən çıxaracağı ilə bağlı yayılan məlumatları təkzib etmişdi.
Xatırladaq ki, bundan öncə ABŞ Kiyevi könüllü tərk etmək istəyən diplomatlarına sərbəst seçim icazəsi verib.
İstanbulda qar hava nəqliyyatına mənfi təsir göstərib.
Axar.az xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən bu gün İstanbul Hava Limanından 36 reysi ləğv edən Türk Hava Yolları daha 16 reysi təxirə salmaq barədə qərar qəbul edib.
Suriya - unudulmuş müharibədir.
Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib.
“Biz Suriyanı da müzakirə edəcəyik. Suriya haqqında düşünməliyik”, - diplomat bildirib.
Çox ciddi vəziyyətdəyik. Rusiyanın Ukrayna sərhədində yüz min əsgər və xeyli sayda hərbi texnikasının cəmləşməsinə göz yummaq olmaz.
Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
“Bunun heç bir məntiqi izahı yoxdur. Bu, Avropanın sülh və təhlükəsizliyinə təhdiddir”, - Şolts bildirib.
Prezident Armen Sarkisyanın istefası dövlətin qarşısında duran heç bir problemi həll etmədiyi üçün gecikmişdi və ya mənasını itirdi.
Armen Sərkisyanın prezidentlikdən getməsinin geosiyasi anlamı var.
Axar.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının deputatı Artur Qazinyan deyib.
Onun sözlərinə görə, istefanın niyə indi və bazar günü axşam elan edildiyi aydın deyil:
"Bir neçə gün əvvəl Sərkisyan 200 MVt gücündə günəş stansiyası üçün BƏƏ-dən maliyyə alıb və bildirilib ki, bu, hələ başlanğıcdır. Hadisələr çox sürətlə inkişaf edir və istefanın aşkar geosiyasi çalarları var".
Deputatın fikrincə, yalnız bir məqamla mübahisə etmək olmaz - Ermənistanda siyasi dəyişikliklər baş verib və sonrakı proseslər hakimiyyətin tamamilə dəyişməsinə gətirib çıxara bilər.
"Ayıq və tədbirli olmaq lazımdır. Burda Ermənistan dövlətçiliyinin mövcudluğu məsələsi var", - o bildirib.
Çexiyanın Pardubitse şəhərinin Lipoltiçe kəndində quş qripi aşkarlanıb.
Axar.az xəbər verir ki, bu barədə hökumət orqanları məlumat yayıb.
Yoluxma Perena quşçuluq fermasında ev ördəklərində aşkarlanıb. Orada saxlanılan 3500 quşdan 380-də virus təsdiqini tapıb.
Bildirilib ki, quşların hamısı məhv ediləcək.
Britaniya XİN-in Rusiyanın Kiyevdə “marionet hökumət” qurmağı planlaşdırdığına dair iddialarında heç bir təfərrüat yoxdur.
Axar.az xəbər verir ki, bu barədə Britaniyanın “Observer” qəzeti bildirib.
Nəşr bildirir ki, bu da Boris Conson hökumətinin ictimaiyyətin diqqətini daxili çətinliklərdən yayındırmaq cəhdindən xəbər verə bilər.
Eyni zamanda, Britaniya XİN-in keçmiş xüsusi müşaviri Devid Klark nazirliyin hazırkı bəyanatlarında diqqəti daxili qalmaqaldan yayındırmaq cəhdini gördüyünü bildirib.
Onsuz da ölkəni səthi olaraq idarə edirdi, eyni zəif mətnlə istefa verdi.
Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu cümlə erməni müxalifətçi, “Respublika” partiyasının (sədr Serj Sərkisyan - red.) nümayəndəsi, keçmiş təhsil naziri Armen Aşotyanın Feysbuk səhifəsində yazdığı statusda əks olunub.
“Ümumi sarkazm və gözlənilməzlikdən başqa iki bir-birini tamamlayan müşahidə nəticəsini yazmaq olar:
1. Ermənistanın başının üstündə, xaricdən gəlmə qara bulud dolaşır və Armen Sərkisyan qaçmağa qərar verdi.
2. Bu addımla o, Nikola ölkədə hakimiyyəti tam ələ almaq və Konstitusiya dəyişikliklərini həyata keçirmək yolunu təmizlədi", - o qeyd edib.
Sonda Armen Aşotyan sabiq prezidentin sadəcə “sürüşdüyünü” qeyd edib.