Nikol Paşinyan ilin ilk mətbuat konfransında müzakirələrə səbəb olacaq açıqlamalar verdi: konfransın keçirilməsi zərurəti prezident Sərkisyanın istefası fonunda yaranmışdı, lakin erməni baş nazir bundan Qarabağ və sərhəd məsələsi ilə bağlı mövqeyini yeniləmək üçün də istifadə etdi.
Erməni baş nazirin Azərbaycanla bağlı fikirləri üç hissədən ibarətdir:
Sülh müqaviləsi: Paşinyan Azərbaycanla sülh sazişinin əleyhinə olmadığını deyir, lakin əlavə edir ki, bu saziş hazırlanmalı, formalaşdırılmalıdır və bunun üçün danışıqlar aparılmalıdır.
Erməni baş nazir sülh sazişi ilə bağlı açıqlamasına əvvəli fikirləri ilə müqayisədə yenidən korrektlər edib, xüsusilə “Dağlıq Qarabağ”ın və Minsk Qrupu formatının adının çəkilməməsi diqqət çəkir. Və Nikol bununla iki mesaj verir:
- həm erməni cəmiyyətinə “sülh sazişi” ilə bağlı atacağı addımları açıqlayır və göstərir ki, İrəvan bu məsələyə müqavimətsiz razılaşmayacaq, danışıqlarda öz şərtlərini də irəli sürəcək;
- həm Əliyevin verdiyi “altı aylıq müddətə”, o cümlədən, Ermənistanın mövqeyinə görə sülh sazişinin perspektivini görmədiyinə dair fikirlərinə “başlamağa hazırıq” cavabını verir.
Hərçənd, “sülh sazişi” ilə bağlı danışıqlar təklifi o deməkdir ki, Bakının tələbləri ilə yanaşı, İrəvanın da istəkləri olacaq və bu, prosesin uzanması riskini artırır.
Rəsmi İrəvan indiki situasiyada zaman qazanmağa çalışa bilər:
- Minsk Qrupunun proseslərdə mümkün iştirakı üçün şəraitin yetişməsini gözləyir;
- ABŞ-Rusiya qarşıdurmasında Ankara-Moskva münasibətlərinin əməkdaşlıq çərçivəsindən çıxması risklərini dəyərləndirir və bunu Türkiyənin Cənubi Qafqazda təsir imkanının azalacağı, Bakının əlinin zəifləyəcəyi fürsəti kimi görür.
Nikol da anlayır ki, saziş sərhəd və ərazi bütövlüyünün tanınması deməkdir, lakin danışıqlar təklifi ilə prosesi uzatmaq istəyi başqa məsələlərdə, xüsusilə sərhəd və regional kommunikasiyaların açılması işində maraqlarının təmin edilməsinə hesablana bilər.
Ərazi bütövlüyünün tanınması: “sülh sazişi” ilə bağlı İrəvanın riskli siyasəti fonunda Paşinyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı fikirləri də diqqət çəkir.
- Madrid prinsiplərində ərazi bütövlüyü prinsipini xatırladır, lakin “öz müqəddəratını təyinetmə” məsələsinə toxunmur;
- MDB-yə üzv olarkən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir;
- 1996-cı ilin Lissabon sammitində münaqişənin həlli ilə bağlı qəbul edilən üç prinsipi yada salır: Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, Qarabağa Azərbaycanın tərkibində “yüksək muxtariyyət” statusu verilir, bölgənin erməni və azərbaycanlı icmalarının təhlükəsizliyi təmin olunur;
- 1999-cı ildə İstanbul sammitində “Dağlıq Qarabağın” danışıqlardan çıxarılmasını xatırladır;
- Və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə toxunur.
Erməni baş nazir bununla daxili auditoriyaya iki mesaj verir:
Birincisi, Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcburdurlar və bunun günahkarı o deyil: indiyə qədər qəbul edilmiş sənədlər bunu tələb edir;
İkincisi, Ermənistan bundan öncə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb: o, ilk belə addım atmayacaq.
Sərhədin müəyyən edilməsi: Paşinyanın əsas problem yaratdığı məqam sərhədin delimitasiya və demarkasiyasıdır.
Deyir ki, sərhədin delimitasiya və demarkasiyası üzrə ikitərəfli komissiyanın tezliklə yaradılmasını istəyirlər, lakin bununla bağlı təkliflərini Rusiya vasitəsilə Azərbaycana çatdırıblar.
Təkliflərin nə olduğunu açıqlamır, hərçənd, Soçi razılaşmasına görə sərhədlə bağlı komissiya qısa zamanda yaradılmalı idi. Və görünür, Ermənistan komissiyanın yaradılmasını öz istəkləri çərçivəsində icra etmək niyyətindədir. Bu təklifin nədən ibarət olduğunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müəyyən qədər açıqlamışdı.
İrəvan “güzgü prinsipi”ni təklif edir: bu, qoşunların əvvəlki mövqelərinə çəkilməsi və delimitasiya-demarkasiya prosesinin bundan sonra başlanması deməkdir; Azərbaycan may ayından etibarən Ermənistanın işğal dövründə irəli çəkdiyi dövlət sərhədini praktiki olaraq bərpa etməyə başlayıb; Əliyevin son müsahibəsindən məlum olur ki, ən çox toqquşmanın baş verdiyi Laçın-Kəlbəcər istiqamətində də Azərbaycan Ordusu dövlət sərhədinə çıxıb;
Delimitasiya müqaviləsi imzalanacağı və buna uyğun demarkasiya prosesi başlayacağı təqdirdə, mövqe dəyişiklikləri xəritəyə uyğun aparıla bilər, lakin bu olmadığı müddətdə Azərbaycanın “güzgü prinsipi”ni qəbul edəcəyi inandırıcı deyil. Paşinyan da bunun asan olmadığını anlayır və mümkündür ki, Qazaxıstan hadisələrində Rusiya ilə yaxın əməkdaşlıqdan istifadə etmək və sərhəd məsələsində istəklərinə rusların əli ilə nail olmaq gedişi edir. Təklifin Rusiya vasitəsilə göndərilməsi Moskvanın bu məsələdə ən azı neytral mövqeyi tutmasından xəbər verir, əks halda, Soçi razılaşmasının icrasını uzadacaq istəyi geri çevirərdilər.
Bu, sərhədin müəyyənləşməsi prosesini uzadacaq və yeni toqquşmalara yol açacaq riskini artırır.
Ukrayna ilə sərhəd xəttini müdafiə etmək üçün müəyyən qruplar yaratmalıyıq.
Axar.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Təxminən min kilometrdən çox sərhəd xəttini, çox böyük ərazini əhatə edəcək qruplar yaratmaq gərəkdir. Uzun zamandır ki, bunu planlaşdırırdıq”, - deyə Lukaşenko bildirib.
Prezident əlavə edib ki, Ukrayna ilə sərhəddə vəziyyət Polşa sərhədindəki durumdan daha pisdir.
Belarus və onun sərhədlərində vəziyyətin istənilən inkişafına hazır olmaq lazımdır.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Hadisələrin istənilən inkişafına hazır olmalıyıq. Başa düşün, məsələ bizdə deyil. 1812-ci il Vətən müharibəsində, Birinci Dünya müharibəsində, Böyük Vətən müharibəsində olduğu kimi, kobud desək, biz heç kimə lazım deyilik. Onlara isə nə lazım olduğunu bilirsiz”, - Lukaşenko bildirib.
Ermənistan - Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası silahlı münaqişə və atışmalarla əlaqəli bütün məsələləri dərhal aradan qaldıra bilər.
Qazaxıstanın Mərkəzi Seçki Komissiyasının sədri Berik İmaşev vəzifəsindən azad edilib.
Rusiya Ukraynaya qarşı ildırımsürətli müharibə planı hazırlayıb.
Axar.az xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Boris Conson deyib.
"Kəşfiyyat çox aydın şəkildə göstərir ki, Ukrayna sərhədlərində Rusiyanın 60 hərbi qruplaşması var. Kiyevi məhv edə biləcək ildırımsürəli müharibə planı hamıya aydındır”, - Conson bildirib.
Onun sözlərinə görə, Rusiyanın işğalı məhz Ukraynanın paytaxtına hücumla başlaya bilər.
Norveç hökumətinin dəvəti ilə paytaxt Osloya gələn Taliban nümayəndə heyəti üzvlərindən biri hərbi cinayətlərə görə polisə şikayət edilib.
Axar.az xəbər verir ki, Norveçdə yaşayan Zahir Athari adlı əfqan media eksperti Əfqanıstanın daxili işlər naziri Siracəddin Hakkaninin qardaşı, nazirliyin baş müşaviri Enes Hakkaniyə qarşı cinayət işi açılması üçün müraciət edib.
Athari bildirib ki, o və onun arxasındakı şəbəkə 2001-ci ildən bəri Əfqanıstanda mülki əhaliyə qarşı ən qanlı hücumları dəstəkləyib. Həmçinin Enes Hakkaninin terror fəaliyyəti ilə əlaqəsi olduğu üçün ABŞ-ın qara siyahısına salındığı xatırladılıb.
Qəbul edilən qərara uyğun olaraq, İstanbul Hava Limanının fəaliyyəti bu gecə saat 00.00-a qədər dayandırılıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Hava Yollarının sözçüsü Yəhya Üstün məlumat verib.
Onun sözlərinə görə, əlaqədar qurumlar hava limanları və nəqliyyat marşrutlarını yenidən uçuşlara hazır vəziyyətə gətirmək üçün işləri davam etdirirlər.
Qeyd edək ki, İstanbula yağan güclü qar həyatı iflic edib.
Bütün baş verənlər onu göstərir ki, İrəvan yaxın vaxtlarda bir sıra əraziləri Bakının nəzarətinə verəcək. Hansı ərazilər ki, SSRİ Baş Qərargahının xəritələrinə əsasən Ermənistana deyil, Azərbaycana aid olub.
Bu fikirləri Axar.az-a açıqlamasında Rusiyanın tanınmış hərbi eksperti, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
“Ermənistan Prezidenti Armen Sərkisyanın istefası hər şeydən əvvəl bu ölkədə müşahidə edilən siyasi böhrandan xəbər verir. Bu, dövlətdə ikinci şəxsin istefasıdır. Əslində, Prezident Sərkisyan Paşinyandan sonra səlahiyyətli ola biləcək ikinci şəxs idi. Onun könüllü istefa verməsi sözsüz ki, Ermənistanda siyasi vəziyyətin qeyri-sabitliyinin göstəricisidir. Bu, birincisi. İkincisi, onun istefası hazırda Paşinyan tərəfindən qəbul ediləcək və reallaşdırılacaq qərarlarla, xüsusilə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ola bilər. Bütün baş verənlər onu göstərir ki, İrəvan yaxın vaxtlarda bir sıra əraziləri Bakının nəzarətinə verəcək. Hansı ərazilər ki, SSRİ Baş Qərargahının xəritələrinə əsasən Ermənistana deyil, Azərbaycana aid olub”, - deyə həmsöhbətimiz qeyd edib.
Qazaxıstanda sülhməramlı əməliyyatın necə keçəcəyi, desantların necə işləyəcəyi mənə çox maraqlı idi, çünki KTMT sülhməramlı qüvvələrinin özəyi hava-desant qoşunlarıının Ulyanovsk briqadasıdır. Onlar isə uzun illər ərzində gah Ermənistanda, gah Qazaxıstanda, gah da Belarusda təlimlər keçib, ərazilər və dövlətin spesifikası ilə tanış olurdular.
Axar.az xəbər verir ki, bu barədə rusiyalı deputat, “Ədalətli Rusiya” fraksiyasının lideri Sergey Mironov danışıb.
“Tokayevin KTMT-yə müraciətini dəstəkləyirdim, çünki burada bir nüans var və zənnimcə, biz bu barədə daha sonrakı dövrdə bir qədər ətraflı məlumat alacağıq. Artıq bunun əks-sədası ölkədə Təhlükəsizlik Komitəsinin rəhbərinin dəyişməsi, hətta dövlət xəyanətində ittiham edilməsi ilə görünür.
Hesab edirəm ki, onlar özləri bu məsələni araşdıracaq, amma əlbəttə ki, burada xəyanət elementi və ən azı hərəkətsizlik var idi. KTMT qüvvələrinin tətbiqi hamını özünə gəlməyə sövq etdi.
Tokayev özü etiraf edib ki, Nur-Sultanda Prezident iqamətgahına planlaşdırılan hücum etirazçıların KTMT-nin əməliyyatının başlanması ilə bağlı qərar qəbul etdiyi xəbərini eşitdikdən sonra ləğv olundu – onda təyyarələrimiz hələ yola çıxmamışdı.
Əməliyyat başa çatdıqdan sonra insanların qıcıqlanmasına səbəb olmamaq və "Rusiyanın işğal planı" haqqında bütün söhbətlərin qarşısını almaq üçün qoşunlarımız çox qısa vaxt ərzində və çevik şəkildə Qazaxıstandan çıxarıldı. Baxmayaraq ki, şəxsən mən qoşunların orada saxlanılmasını istəyərdim”, - deyə o qeyd edib.