Son xəbərlər

ABŞ-ın bu ölkədəki səfirimiz Anatoli Antonovun çıxarılmasının mümkünlüyü barədə eyhamı çox ciddi təhdiddir.

Axar.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

 

Qeyd edək ki, səfir Anatoli Antonov Rusiyanın ABŞ-ın diplomatik missiyası rəhbərinin mühafizəçisinə viza verməyəcəyi təqdirdə Dövlət Departamentinin onun Vaşinqtondan çıxarılması məsələsini qaldıracağını açıqlamışdı.

Antalya Diplomatiya Forumuna Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla xüsusi nümayəndə Ruben Rubinyan da qatılacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

“İstəyirik ki, hər kəs burada eşidilsin. Paşinyan Antalya Diplomatiya Forumuna qatılacaqlarını söylədi. Azərbaycan da gəlir. Hər kəs düşüncələrini söyləsin”, - Çavuşoğlu bildirib.

NATO Moskvaya dialoq təklif edir, indi hər şey Rusiyadan asılıdır.

Axar.az xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Edqar Rinkeviç Tvitter səhifəsində yazıb.

 

"NATO ultimatumlar əvəzinə Rusiyaya gərginliyin azaldılması, etimad və şəffaflığın yaradılması üçün dialoq və tədbirlər təklif edir. Biz əsas prinsiplərə - açıq qapılara və kollektiv müdafiəyə qətiyyətlə riayət edirik. İndi sülh və ya təcavüz yolunu seçmək Rusiyadan asılıdır”, - Rinkeviç bildirib.

Donbasdakı qurumların müasir silahlara, o cümlədən PUA-lara qarşı mübarizəyə ehtiyacı var.

Axar.az xəbər verir ki, bunu qondarma-separatçı “donetsk xalq respublikası”nın rəhbəri Denis Puşilin deyib.

 

“Biz hələ də güman edirik ki, bu silahlar haqqında danışmaq lazımdır. İlk növbədə “Bayraqdar”lara qarşı dayanmalıyıq, çünki zəif nöqtələrimz hələ də qalır”, - Puşilin bildirib.

Rusiyanın təhlükəsizliklə bağlı qanuni narahatlıqları ciddi qəbul edilməlidir.

Axar.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi ABŞ Dövlət katiti Entoni Blinkenlə telefon danışığı zamanı deyib.

 

“Bu gün bütün tərəflər Soyuq müharibə zehniyyətindən tamamilə imtina etməli və danışıqlar yolu ilə balanslaşdırılmış, effektiv və davamlı Avropa təhlükəsizlik mexanizmi yaratmalıdır. Rusiyanın qanuni təhlükəsizlik narahatlıqları ciddi qəbul edilməli və həll olunmalıdır”, - Van Yi amerikalı həmkarı ilə söhbətində deyib.

Qeyd edək ki. ötən gün ABŞ Moskvadakı səfirliyi vasitəsilə Rusiyanın təhlükəsizlik təminatı təkliflərinə yazılı cavab verib. Detallar asçıqlanmasa da, Rusiyanın əsas tələblərindən imtina edildiyi bildirilir.

Avstraliyalı astronomlar saatda üç dəfə nəhəng enerji partlayışı yaradan naməlum fenomen aşkar ediblər. Bu kosmik fenomen elm adamlarının əvvəllər qarşılaşdıqları heç bir şeyə bənzəmir.

Ardını oxu...

ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü, Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennesi ştatını təmsil edən Stiv Kohen (Steve Cohen) 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Axar.az-a verilən məlumata görə, bəyanatda 20 Yanvar faciəsindən bəhs edən Konqres üzvü S.Kohen Azərbaycan tarixində ən faciəvi hadisələrdən biri olan Qara Yanvar qətllərinin 32-ci ildönümünü andığını bildirib.

Konqres üzvü 32 il bundan öncə 20 Yanvar tarixində təxminən 26 min sovet qoşununun paytaxt Bakıya tanklar və zirehli avtomobillərlə hücum etdiyini, yaşlılar və qadınlar da daxil olmaqla, günahsız insanlara və dinc etirazçılara qarşı atəş açdığını, nəticədə 147 insanın həlak olduğu, 800 nəfərin yaralandığı, 841 nəfərin həbs edildiyi və 5 nəfərin isə itkin düşdüyünü bildirib, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin ailələrinə başsağılığını ifadə edib.

 

Bəyanatda, həmçinin, bu amansız əməllər qarşısında Azərbaycan xalqının sınmadığı və 1991-ci ildə müstəqilliyinin əldə edilməsi uğrunda mübarizəsini davam etdirdiyi qeyd olunub. ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu və 28 fevral 1992-ci ildə diplomatik əlaqələrin qurulduğu da bəyanatda öz əksini tapıb.

Konqres üzvü ABŞ və Azərbaycanın strateji müttəfiq olduğunu, region və qlobal olmaqla ortaq maraqları bölüşdüyünü bildirib.

Rusiya təhlükəsizlik təminatı ilə bağlı təkliflərinə ABŞ-ın cavabını qəbul etməyəcək. Belə cavab qaneedici ola bilməz.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Vladimir Cabarov RİA-ya açıqlamasında deyib.

 

“Onların cavabı bizi qane edə bilməz. Onlar hər şeyi – öz fantaziyalarını, iradlarını ortaya qoyurlar. Biz belə cavabı qəbul etməyəcəyik”, - Cabarov deyib.

Qeyd edək ki, ABŞ Rusiyanın təhlükəsizlik təminatı ilə bağlı tələblərinə yazılı cavabı az öncə Moskvadakı səfirliyi vasitəsilə təqdim etdiyini açıqlayıb. Cavabın detalları haqda məlumat yoxdur.