Fransada ömürlük həbs cəzasına məhkum edilən kriminal avtoritet Kaxa Şuşanaşvili Gürcüstan Prezidenti Salome Zurabişvilini məhkəməyə verib.
Burkino-Faso prezidenti və digər saxlanılan məmurlar dərhal azad edilməlidir.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.
“Burkino-Faso prezidentinin hərbçilər tərəfindən saxlanılmasından xəbərdarıq. Səfirliyimiz durumu izləyir. Prezidentin dərhal azad edilməsinə çağırırıq. Təhlükəsizlik qüvvələri konstitusiyanın müddəalarına əməl etməlidir. Tərəfləri fikir ayrılıqlarının dialoq yolu ilə həllinə çağırırıq”, - deyə Prays bildirib.
Qeyd edək ki, Burkina-Fasoda hərbçilər Prezident Rok Mark Kristian Kaboreni istefaya göndərərək hakimiyyəti ələ keçiriblər.
Məsuliyyət, vətənpərvərlik, humanizm və günah qorxusu Kiyevə Donbası hərbi yolla qaytarmağa imkan verməyəcək.
Axar.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.
“İşğal edilmiş Donetsk və Luqansk vilayətlərini geri qaytaracağıq, zaman məsələsidir. Hərbi yolla qaytara bilərikmi? Xeyr, çünki məsuliyyətli insanlarıq. Dinc sakinlər öləcək. Vətənpərvər və humanist olmalıyıq. Uşaqlar, qadınlar, yaşlılar... Biz belə günahı üzərimizə götürə bilmərik”, - deyə Danilov bildirib.
Dağlıq Qarabağın statusu ilə bağlı referendumda 1988-ci il statistikası ilə orada yaşayan bütün xalqların (ermənilər və azərbaycanlılar nəzərdə tutulur – red.) iştirak etməsini nəzərdə tutan maddə Kazan danışıqlarından sonra sənədlərdən yoxa çıxıb.
Axar.az Yenipress.az-a istinadən xəbər verir ki, bu sözləri Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı “Hadrut, Şuşa və (keçmiş) Dağlıq Qarabağa aid digər ərazilərlə bağlı Ermənistanın mövqeyi nədir” sualına cavab verərkən deyib.
“Bir daha o məsələyə qayıdırıq ki, bundan öncə cavab vermişdim və böyük qalmaqal yaranmışdı. 2018-ci ilə qədər və ondan sonrakı danışıqlarda Dağlıq Qarabağ Muxtar Vilayətinə heç vaxt yalnız ermənilər yaşayan ərazisi kimi baxılmayıb. Keçən dəfə yanlış şəkildə dediyim budur. Şuşa danışıqlarda olub, ya yox? Sonra mən Madrid prinsiplərindən danışdım. Orada referendum keçirilməsi və 1988-ci il siyahısı ilə orada yaşayan xalqların səsvermədə iştirakı nəzərdə tutulurdu. Bu isə o demək idi ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin taleyinin həllində DQMV-də yaşayan həm ermənilər, həm də azərbaycanlılar iştirak etməli idi.
Bir qəribə fakta diqqət çəkmək istəyirəm: bu sənəd sonradan danışıqlar prosesindən yoxa çıxır və bu məsələni Azərbaycan deyil, Ermənistan qaldırır – Serj Sərkisyanın imzası ilə həmsədrlərə, vasitəçilərə müraciət edilir ki, bu müddəanın qaytarılması vacibdir, onun olmaması qəbuledilməzdir. Təsəvvür edirsinizmi? Azərbaycanlıların Dağlıq Qarabağın statusu ilə bağlı məsələdə iştirakı Kazan danışıqlar prosesindən sonra yoxa çıxır, ancaq o müddəanın geri qaytarılması üçün Azərbaycan deyil, Ermənistan iddia qaldırır. Niyə? Serj Sərkisyan Dağlıq Qarabağın taleyinin həllində azərbaycanlıların iştirakınımı arzulayırdı? Əlbəttə ki, yox! O istəyirdi ki, əhalinin sayı ilə bağlı 1988-ci il proporsiyası qaytarılsın, çünki 1988-ci ildə Dağlıq Qarabağdakı əhalinin 70 faizdən çoxu ermənilər idi.
2016-cı ildə danışıqlar prosesində bir məsələyə diqqət yetirilir ki, olduqca mühüm üstünlük itirilib və bu da sual yaradır: bir dəqiqə, bölgü ilə bağlı problem var...
Ona görə mən ötən dəfə dedim ki, Ermənistan tərəfi azərbaycanlıların referendumda iştirakı ilə bağlı məsələdə mübahisə yaratmayıb. Bunu mən yaratmamışam, belə bir təəssürat vardı ki, bu mənim arzumdur, bu formulu miras almışam.
Bu müddəa qayıtmamışdı, o özü (Serj Sərkisyan) istəyirdi ki, mütənasiblik (erməni əhalinin say üstünlüyü – red.) qorunsun. Çünki heç kəs bilmir ki, Dağlıq Qarabağdan olan 40 min azərbaycanlı 2017 və yaxud 2018-ci ildə nə qədər olmuşdu.
Azərbaycan bu referendumun tərəflərin razılaşdırdığı şərtlər daxilində keçirilməli olduğunu nəzərə alaraq bildirir: “Çox yaxşı, mənim fikrimcə, yaxın 50-100 ildə referendum olmayacaq”. Ermənistan deyir, razı deyiləm və tələb edirəm ki, referendum 5 ildən sonra baş tutsun. Azərbaycan deyir: “Müddət tərəflərin razılığı ilə müəyyənləşməlidir, elə deyilmi?” Ermənistan deyir, bəli. Azərbaycan deyir, indi ki sən razı deyilsən, mən də o müddətə razı deyiləm, onda referendum nə 5 ildən sonra, nə də 100 ildən sonra olacaq. Məsələ budur. Mən daha açıq da danışa bilərəm, ancaq gəlin bunu etməyək. Suala cavab verdim, dəqiq cavab üçün bütün informasiyanı açıqladım. Mən artıq cavabladım, gerisini özləri müqayisə edəcəklər”, - Paşinyan bildirib.
Ermənistanın istefa vermiş prezidenti Armen Sərkisyanın Karib ölkəsi Sent-Kits və Nevis vətəndaşlığına malik olduğu üzə çıxıb.
Axar.az xəbər verir ki, bu barədə Hetq.am məlumat yayıb.
Bildirilib ki, Sərkisyan istefa açıqlamasında bir neçə səbəb sadalasa da, bunlar reallıqla uzlaşmır.
İstefaya əsas səbəb kimi məhz Sərkisyanın prezidentliyə qədər başqa bir ölkə vətəndaşı olması bildirilir.
Belə ki, erməni siyasətçi bu yaxınlara qədər Sent-Kits və Nevis vətəndaşlığını daşıyıb.
O, bir neçə il əvvəl sözügedən ölkədə biznesə investisiya yatırıb, daha sonra səhmlərini ailə üzvlərinin adına keçirib.
Qeyd edək ki, A.Sərkisyanın istefasını xarici ölkədə olarkən yazması da diqqət çəkmişdi.
İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi Azərbaycana səfər edib.
Ümumilikdə müsbət notlarla başa çatan Ermənistan-Türkiyə danışıqlarının birinci raundu Ermənistan-Azərbaycan danışıqlarına da ehtiyatlı nikbinlik yaradır. Baxmayaraq ki, Bakı ilə İrəvan arasında mübahisəli məsələlər və kəskin məqamlar çoxdur.
Bu barədə Axar.az-a açıqlamasında PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı politoloq Vitaliy Arkov bildirib.
“Rusiyaya Cənubi Qafqazda sülh lazımdır. Ona görə də 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatlarda nəzərdə tutulmuş Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesində irəliləyiş Bakı-İrəvan münasibətlərinin normallaşmasında, qarşıdurmadan mehriban qonşuluğa keçiddə irəliləyişə imkan verəcək”, - deyə rusiyalı ekspert qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi mümkün qədər tez başlamalıdır:
“Bunun üçün rəsmi Moskva qarşıya qoyduğu məqsədə tezliklə nail olmaq üçün Bakı və İrəvana yardım etməyə tam olaraq hazırdır. Bundan əlavə, Ermənistan-Azərbaycan sərhədində obyektiv səbəblər üzündən qaçılmaz olan toqquşmaların qarşısının alınması üçün bufer zonada müvafiq olaraq Rusiya və Türkiyə sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirilməsi də mümkündür. İdeal olaraq, sərhədin bütün uzunluğu boyunca, lakin imkanları nəzərə alaraq - ən azı daha çox gərginlik olan yerlərdə”, - deyə Arkov vurğulayıb.
ABŞ Dövlət katibi Entoni Blinken bizə bu açıqlamanın səbəblərini izah edəcək.
Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell ABŞ-ın Ukraynadakı diplomatik personalının ailələrinin ölkəni tərk etməsinə razılıq verilməsini şərh edərkən deyib.
“Biz bunu etməyəcəyik. Nə qədər ki danışıqlar davam edir, vəziyyəti dramatikləşdirməyə ehtiyac yoxdur. Ukraynanı tərk edib ölkədən çıxmağımıza nəsə bir səbəb olduğunu düşünmürəm. Amma ola bilsin ki, Blinkenin daha çox məlumatı var. Bizə izah edəcək”, - Borrell bildirib.
Çeçenistan lideri Ramzan Kadırov hüquq-mühafizə orqanlarına İşgəncələrə qarşı Komitənin rəhbəri İqor Kalyapin və “Novaya qazeta”nın jurnalisti Yelena Milaşinanı saxlamaqla bağlı müraciət edib.
Axar.az xəbər verir ki, bununla bağlı Kadırov özünün Teleqram səhifəsində yazıb.
“Əgər Rusiyada hüquq-mühafizə orqanları varsa, o zaman onlara müraciət edirəm. Terrorçularla əlbir olanları saxlasınlar. Sübutlar müstəqil kanallardakı jurnalist araşdırmalarının materiallarındadır”, - Kadırov bildirib.
Onun sözlərinə görə, Çeçenistan Respublikası və çeçenlər mövzusundan pul qazanan, ssenarilər hazırlayanlar onun üçün terrorçudur.
Ermənistan hakimiyyəti respublikada prezident idarəçiliyi sisteminin bərpası imkanlarını müzakirə edir.
Axar.az xəbər verir ki, bu fikirlərlə erməni politoloq, "Voskanapat" Analitik Mərkəzinin direktoru Qrant Məlik-Şahnazaryan bölüşüb.
“Əgər bu addımda Ermənistanın baş naziri tam qərarlıdırsa, Armen Sərkisyanın istefası ölkənin konstitusiyasında faktiki dəyişiklik prosesini göstərə bilər. Yəni bu halda Sərkisyan tutduğu vəzifəsindən məcbur qovula da bilərdi”, - deyə ekspert qeyd edib.