Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin məxsus olduğu Polşa "Legiya"sı cəzalanıb.
Türkiyədə növbədənkənar seçki müzakirələri köhnə hökumət sisteminin vərdişləridir.
Axar.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop deyib.
"Əgər prezident yenidən namizədliyini irəli sürürsə, o zaman niyə erkən seçki qərarını versin? Mən növbədənkənar seçki tələblərini əvvəlki hökumətin vərdişləri kimi görürəm”, - spiker qeyd edib.
ABŞ-ın regiona xüsusi status üçün qeyd-şərtsiz dəstəyindən danışmağa ehtiyac yoxdur.
Axar.az xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının rəhbəri Andrey Kortunov deyib.
Onun sözlərinə görə, rəsmi olaraq ABŞ Donbas üçün muxtariyyət ideyasını dəstəkləyir, çünki bu, Minsk razılaşmalarının mətnində öz əksini tapıb.
Kortunov diqqəti ona yönəldib ki, indi heç bir məsul siyasətçi, o cümlədən amerikalılar Minsk razılaşmalarına qarşı olduqlarını deyə bilməz, çünki beynəlxalq hüququn tərkib hissəsi olduğundan, onlar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinə salınıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinə ortaq reaktiv mühərrik istehsal etməyi təklif edib.
Axar.az xəbər verir ki, bu açıqlama ilə yunan aparıcı İoannis Theodoratos çıxış edib.
“Rusiya tez-tez Türkiyəni dəstəkləyir. Rusiya hər zaman öz maraqlarını düşünür və maraqları naminə hər kəsin əleyhinə Türkiyənin yanında durur”, - yunan aparıcı söyləyib.
O qeyd edib ki, Ərdoğan Türkiyənin milli döyüş təyyarəsi TFX-in etibarlı mühərrikə sahib olması üçün Putinə ortaq reaktiv mühərrik istehsal etməyi təklif edib.
Theodoratos Qərbin davamlı embarqosuna məruz qalan Türkiyənin Rusiya sistemlərinə üz tutmağa başladığını bildirib.
Avropa Birliyi (AB) Ukraynadakı vəziyyətdən dolayı Rusiyaya yeni sanksiyaların tətbiqini istisna etmir, mümkün cavab tədbirlərinə də hazırlaşır, o cümlədən enerji bazarını diqqətlə müşahidə edir.
Axar.az xəbər verir ki, bu barədə AB-nin yüksək çinli rəsmisi deyib.
“Sanksiyalar hazırladığımız kimi, mümkün əks-sanksiyalara da hazırlaşırıq. Fikrimizcə, enerji bazarına da xüsusi diqqət etməliyik”, - deyə bildirilib.
Ukrayna və Fransa prezidentləri – Vladimir Zelenski və Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə V.Zelenski İnstaqram səhifəsində yazıb.
“Ukraynanın dostu və etibarlı tərəfdaşı Emmanuel Makron ilə söhbət... Biz “Normand formatı”nın işinin bərpasından dolayı şadıq. Bu, sülh naminə bir addımdır. Nə qədər ki, dialoq üçün əlverişli mühit mövcuddur, zamanı görüş və danışıqlarla tamamlamalıyıq. Hələ ki, diplomatik səylər davam etdirilir, mümkündür ki, gələcəkdə gərginlik səngiyər”, - deyə ukrayna dövlət başçısıq qeyd edib.
Sosial şəbəkələrdə rusiyalı yazıçı-satirik Mixail Zadornovun 1988-ci ildə yenicə başlayan Dağlıq Qarabağ konflikti ilə bağlı “Teatr” jurnalında yayımlanan məqaləsi yenidən gündəmə gəlib.
Axar.az xəbər verir ki, yazar məqaləsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində (DQVM) erməni dilində dərsliklərin az çap olunması ilə bağlı hay-küyü, Azərbaycanın ittiham edilməsini başa düşmür:
"Axı bu kitablar Ermənistanda dərc edilir...
Mən başa düşə bilmirəm ki, SSRİ Dövlət Plan Komitəsinin sədr müavini, milliyyətcə erməni olan Stepan Sitaryan DQMV-də Mədəniyyət Evinin tikintisini niyə rədd etdi, amma indi Mədəniyyət Evinin olmamasına görə Azərbaycanı günahlandırırlar;
Anlamıram, niyə erməni xalqının mədəniyyət abidələrinin bərpasından söhbət gedir, amma onlar alban məbədlərini bərpa etməyə hazırlaşırlar;
Başa düşmürəm, Ermənistanın bir dənə də olsun gəmisi yoxdursa, “dənizdən dənizə” ideyası nəyə lazımdır?
Mən heç anlamıram ki, geoloq Suren Ayvazyan niyə daşlardakı ərəb yazılarını ermənicə oxuyur;
Mən başa düşə bilmirəm, tarixçi Aruşanyana niyə erməni tarixinin 4 cildini yazmağı tövsiyə ediblər - əgər biz 1-ci və 2-ci cildlərlə bunu başa düşə bilmiriksə? Tarixçi Meşaninov deyirdi ki, erməni tarixi öz qədimliyini tarixin özünə yox, tarixçilərə borcludur".
Nur Otan Partiyası korrupsiyaya qarşı amansız mübarizənin önündə olmalı, bu böyük problemlə bağlı faydalı təşəbbüslər irəli sürməlidir. Sirr deyil ki, sistemli korrupsiya yanvar sarsıntısı üçün bir növ tətik oldu.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev çıxış edib.
Baş verən hadisələrin Qazaxıstan cəmiyyətinin yetkinlik sınağından uğurla keçdiyini göstərdiyini qeyd edən Tokayev bundan dərs çıxarmalı olduqlarını vurğulayıb:
“Ancaq bu hadisələrin bütün səbəb və nəticələrini dərindən araşdırmaq lazımdır. Biz bu faciədən bütün dərsləri çıxarmalıyıq”.
Qeyd edək ki, ötən gün Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Nur Otan Partiyasının sədri vəzifəsindən istefa verib. Onun yerinə bu vəzifəyə hazırkı Prezidenti Qasım-Jomart Tokayev seçilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ədliyyə naziri Abdulhamit Gülün istefa barədə ərizəsini qəbul edib.