Böyük Britaniya, Polşa və Ukrayna arasında əməkdaşlıq yeni format alır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

 

“Biz Avropada Ukrayna, Britaniya və Polşa arasında yeni siyasi əməkdaşlıq formatı yaradırıq”, - Zelenski bildirib.

Zelenski eyni zamanda qeyd edib ki, Ukraynaya diplomatik dəstək 2014-cü ilə nisbətən daha güclüdür.

ABŞ-dan 84 ton hərbi yardım daşıyan altıncı təyyarə Kiyevə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov Tvitter səhifəsində yazıb.

 

“Ümumilikdə, Ukrayna artıq 500 ton yardım alıb”, - deyə o bildirib.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyindəki mənbəyə görə, ABŞ-dan təxminən 45 reys həcmində maddi-texniki hərbi yardımın tədarükü planlaşdırılır.

Moskvada Hitlerin əlaltısı Qaregin Njdeni tərənnüm edən film nümayiş etdirmək cəhdi sırf genişmiqyaslı siyasi təxribatdır. Bu, ermənilərin Rusiyada nasizmi tərənnüm etmək cəhdidir.

Axar.az xəbər verir ki, bu fikirləri rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

 

“Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun rəhbərliyi altında işıq üzü görən “1941-1945-ci illər Böyük Vətən müharibəsi” 12 cildlik ensiklopediyasında bildirib ki, İkinci Dünya müharibəsi zamanı Njde Bolqarıstan ərazisində 30-dan çox milliyyətcə erməni olan agenti cəlb edib və onların təxribat təlimlərini təşkil edib. O zaman bu agentlərin təxribat və terror aktları törətmələrinin qarşısı alınaraq 17 diversant saxlanılıb, qalanları isə axtarışa verilib. Yeri gəlmişkən, Njdenin davamçıları 1977-ci ildə Moskvada silsilə terror aktları, o cümlədən metroda çoxlu sayda insanın ölümünə səbəb olan partlayış törədiblər. Onlar erməni millətçiləri idilər”, - deyə o bildirib.

Korotçenko onu da qeyd edib ki, Ermənistanda radikal millətçilik və separatçılıq meyilləri sonradan qonşu dövlətlərə qarşı ərazi iddialarına səbəb olub.

Serj Sərkisyanın iki gündür anons edilən geniş müsahibəsi ötən gün yayıldı və erməni mediası bu müsahibəni geninə-boluna yayımladı.

Bu müsahibədən ümumi çıxan nəticə nədir?

Sərkisyan etiraf etdi ki, Azərbaycan Prezidentinin çıxış və sözləri birmənalı olaraq Ermənistan cəmiyyətində həqiqət kimi qəbul edilir. Artıq erməni ictimaiyyəti İlham Əliyevin heç vaxt yalan demədiyini, reallığı olduğu kimi təqdim etdiyini, verdiyi vədləri mütləq yerinə yetirdiyini və elan etdiyi hədəflərə nə yolla olursa-olsun çatdığını bilir.

O da aydın oldu ki, Ermənistan Baş naziri Nikol Paşinyan da Qarabağ danışıqları ilə bağlı uzun illərdir davam edən və Köçəryan-Sərkisyan cütlüyünün bağlı qapılar arxasında hansı vədlər verdiyini ictimaiyyətə təqdim etməklə, əsl reallığı göstərmək yolunu tutub. Paşinyan Kazan danışıqlarından sonra masa arxasında Ermənistanın bütün arqumentləri itirdiyini və keçmiş Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına mane olacaq heç bir əsasının qalmadığını faktlarla ortaya qoyur və Sərkisyanın bunlara cavabı yoxdur.

Sərkisyan iddia edir ki, onda bütün sənədlər var, hansı danışıqların aparıldığını söyləyə bilər, ancaq “Bu danışıqlar konfedensialdır və həmsədrlərin razılığı olmadan mən onları aça bilmərəm”. Başqa sözlə, Paşinyanın arqumentlərinə heç bir cavab verə bilmir, masa arxasında danışıqlarda hansı öhdəliklər götürdüyü və sonra da bu öhdəliklərdən qaçdığı haqda rəqibinin faktları qarşısında susmağa üstünlük verir.

 

Sərkisyan cəmiyyətdəki ümumi atmosferi də ifadə etdi: “İndi cəmiyyətdə böyük məyusluq var”, “Artıq hamı Qarabağ münaqişəsinin başa çatdığını düşünür” və s. ifadələr təsdiqləyir ki, ermənilər 30 illik işğaldan psixoloji olaraq da əl çəkmək yolundadırlar; bu 30 ilin onların bütün həyatını məhv etdiyini nəhayət anlamağa başlayıblar.

“Biz kapitulyasiyaya məcbur olduq, sındırıldıq, məhv edildik” sözləri ilə Sərkisyan ümumi əhval-ruhiyyəni ifadə edir. İllərlə apardığı işğal, qan siyasətinin və qətliamların öz millətinə daha çox ziyan vurduğunun da fərqindədir. Buna baxmayaraq, Sərkisyan yenə də cəmiyyəti yalan vədlərlə yenidən qırğına verməkdən əl çəkmir.

Birincisi, Sərkisyan “müharibə istəməmək”, “sülhə hazır olmaq” ifadələrindən vaxtaşırı istifadə edilməsinin ölkənin suverenliyinə təhdid olduğunu bildirir. Guya Ermənistan hakimiyyətinin və cəmiyyətinin “sülhə hazır olduğunu” deməsi ilə sülh olmur, “birtərəfli istək” nəticə vermir, “sülh üçün müharibəyə hazır olmaq lazımdır” deyir. Dərhal da əlavə edir ki, sözləri “revanşizm istəyi” kimi qəbul edilməməlidir. Əslində isə bu “təkzibi” ilə Sərkisyan əsl niyyətini – revanşizmi körüklədiyini ifadə edir.

İkincisi, “sülh istəmək” – erməni cəmiyyətinin qətiyyən birtərəfli mövqeyi deyil, əksinə, Azərbaycan dövlətinin rəsmi çağırışıdır. Prezident İlham Əliyev bir neçə dəfə ən yüksək səviyyədə sülh müqaviləsinin imzalanması üçün təkliflər göndərildiyini bildirib.

Üçüncüsü, Sərkisyanın dediyi kimi, əgər Ermənistan cəmiyyətində “məyusluq” varsa, Azərbaycan və Ermənistan rəhbərləri Qarabağ münaqişəsinin artıq başa çatdığını elan edirlərsə və erməni ictimaiyyətinə də bu təsir edirsə, “Qarabağ Azərbaycanın tərkib hissəsi olmayacaq” iddiası və “Biz ATƏT-in Minsk Qrupunu diriltməklə Dağlıq Qarabağ danışıqlarını bərpa edə bilərik” sözləri ilə erməni cəmiyyətini yenidən aldatmaq və onu müharibəyə çağırmaq növbəti dəhşətli səhvdir.

Erməni diasporunun nəzarətində olan media qurumları da cidd-cəhdlə bu revanşist əhval-ruhiyyəni saxlamağa, onu təbliğ etməyə və insanları yanlış yola çəkməyə davam edir.

Əlbəttə, Azərbaycan bu təbliğat savaşında da öz sözünü deyir. Ermənistan cəmiyyətinə Azərbaycan Prezidentinin sözlərinin necə təsir etdiyini Sərkisyan bilirsə, Azərbaycan kəşfiyyat orqanları da bilməmiş deyil və məhz Sərkisyanın iki gündür anons edilən müsahibəsi çıxan gün İlham Əliyevin rəsmi dövlət agentliyinə gözlənilmədən geniş açıqlama verməsinin hədəfi də bəllidir. Sərkisyanın bütün revanşist ruhlu açıqlamalarına qarşı eyni gündə İlham Əliyevin çox sərt şəkildə cavabı oldu.

Bu, Sərkisyana da xəbərdarlıq idi, Sərkisyana inanan və ona səs verən 5,6 faizlik seçicilərinə də, elə Ermənistan cəmiyyətinə də - necə ki, Sərkisyan özü də o cəmiyyətə İlham Əliyevin daha geniş təsiretmə imkanı olduğunu etiraf edirdi...

Münaqişə bitib, Qarabağ problemi arxada qalıb və Azərbaycan ən qısa müddətdə Xankəndi və ətrafına da nəzarəti əlinə alacaq. Ermənistan cəmiyyətində buna razı olmayıb, Azərbaycanın ərazi bütövlüyünə qəsd etmək istəyən sərkisyanlar yenidən baş qaldırmaq istəyəcəksə, onlar dərhal əziləcək – İlham Əliyev məsələni bu cür qoydu və həm də xəbərdarlıq etdi: daha əvvəlki kimi onların genişlənməsinə imkan verilməyəcək, dərhal qəti tədbirlər görüləcək.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli qanunsuz parklanma yerlərinin yaradılması və sürücülərdən pul yığılmasına münasibət bildirib.

Axar.az xəbər verir ki, qurum rəhbəri bu cür halların qanunsuz olduğunu qeyd edib.

 

"Parklanma ilə bağlı qiymətlər müəyyən olunmamış yığımların edilməsi qeyri-qanunidir", - o vurğulayıb.

Avropa Birliyi əlavə şərtlər olmadan Ukraynaya 600 milyon avroluq ilk tranşı verəcək. Ayrılan makromaliyyə yardımının ümumi məbləği 1,2 milyard avro təşkil edir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofisi məlumat yayıb.

 

Prezident Vladimir Zelenski Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskislə görüşü zamanı bildirib ki, Avropa Birliyinin 1,2 milyard avro ayırmaq qərarı maliyyə bazarları üçün vaxtında siqnal olub və bu, Ukrayna iqtisadiyyatının sabitliyini qorumağa kömək etməlidir.

“Bizim strategiyamız işə yaradı, müharibə haqqında deyil, iqtisadiyyat haqqında danışdıq. Bu gün ilk gündür ki, biz qrivnanın məzənnəsini dəstəkləmək üçün ehtiyatlarımızdan bir dollar da xərcləmədik”, - Zelenski vurğulayıb.