ABŞ-dan 84 ton hərbi yardım daşıyan altıncı təyyarə Kiyevə çatıb.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov Tvitter səhifəsində yazıb.
“Ümumilikdə, Ukrayna artıq 500 ton yardım alıb”, - deyə o bildirib.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyindəki mənbəyə görə, ABŞ-dan təxminən 45 reys həcmində maddi-texniki hərbi yardımın tədarükü planlaşdırılır.