Fransanın Arte.TV telekanalı Azərbaycan haqqında yalnız obyektivlikdən kənar deyil, həm də heç bir əxlaq normasına və insanlığa sığmayan, saxta, riyakar “sənədli film” çəkib.

 

Axar.az xəbər verir ki, “Ermənistan: Hadisələrin mərkəzində” adlı başdan-başa böhtan olan “sənədli film”in bir hissəsi 90-cı illərdə Birinci Qarabağ müharibəsi zamanı ermənilərin guya “deportasiya”sına həsr olunub.

Azərbaycanı şərləməyi hədəfləyən “sənədli film” istehsalçılarının “ermənilərin deport olunması” kimi təqdim etdikləri kadrlar isə Kəlbəcərin işğalı zamanı azərbaycanlıların öz yurd-yuvasından didərgin düşməsini əks etdirən görüntülərdir.

Özünü dünya azad mediasının hegemonu kimi göstərən, daim peşəkarlıqları ilə öyünən fransızlar azərbaycanlıların qovulması kadrlarını həyasız, əxlaqsızcasına “məzlum erməni qaçqınlar” kimi göstərir.

Kanalın tapdığı “ekspert” də 90-cı illərdə “məzlum ermənilər”ə Azərbaycanın verdiyi “zülmlər”dən danışıb. Belə ki, Riçard Kirakosyan adlı “ekspert” 90-cı illərdə “məzlum ermənilərə” edilən “zülmləri” qondarma 1915-ci il soyqırımı ilə müqayisə edib. Kirakosyan hətta bir az da irəliyə gedərək deyib ki, Türkiyə və Azərbaycan eyni vəhşilikləri edə bilən qardaş millətlərdir.

İşin daha bir dəhşətli cəhəti bundan sonra baş verənlərdir. Bu “sənədli” saxtakarlıq və riyakarlıq təxminən 3 həftə öncə internet resurslarında yayılıb. Azərbaycanlıların filmə qəti etirazından və həqiqəti şərh bölümündə yazmasından sonra isə kanal növbəti, bu dəfə daha əxlaqsız varianta əl atıb: “sənədli film”ə Azərbaycandan giriş bloklanıb, azərbaycanlıların yazdığı və həqiqəti üzə çıxaran şərhlər, videolar silinib və Azərbaycandan başqa bütün ölkələr üçün film açıq saxlanılıb.

Bu isə o deməkdir ki, bu filmi ərsəyə gətirənlər hansı kadrlardan istifadə etdiklərini, qovulanların və didərginlərin azərbaycanlılar olduğunu əvvəlcədən də biliblər, ifşa olunduqlarını gördükdə isə Azərbaycandan girişi blok edərək, ölkəmizə qarşı saxtakarlığı davam etdiriblər.

Bu, əslində Fransada Azərbaycana qarşı hansı əxlaqsız bir siyasət aparıldığının əyani sübutudur.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bu “film”in şərh bölümündə ifşanı davam etdirə, etirazlarını bildirə bilər, eyni zamanda, Azərbaycan XİN-in də reaksiyasına ehtiyac var.

Filmin linkini bu məqsədlə paylaşırıq (Azərbaycanda VPN-lə giriş etmək mümkündür).

27 Noyabr 2024 Öldürülən israilli ravvinin qatilləri Türkiyədə yaxalandı
27 Noyabr 2024 Mənim tərbiyəm belədir - Sahibə Qafarova
27 Noyabr 2024 Ağdaşda heyvan oğruları saxlanıldı
27 Noyabr 2024 Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
27 Noyabr 2024 Bakıya 2 gün yağış yağacaq – Xəbərdarlıq
27 Noyabr 2024 AAYDA qəzaya düşən sürücüyə təzminat ödəyəcək
27 Noyabr 2024 Azərbaycan universitetlərinin diplomları etibarsızdır - İran
27 Noyabr 2024 Duda Azərbaycanla sərhəddə...
27 Noyabr 2024 Güclü külək əsəcək - Sarı xəbərdarlıq
27 Noyabr 2024 Azərbaycanda bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək
27 Noyabr 2024 İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?
27 Noyabr 2024 Fəzail Ağamalı və deputat qızı məhkəməyə verildi - Kreditə görə
27 Noyabr 2024 Bu, Əliyevin qələbəsidir - Solonnikov
27 Noyabr 2024 Ölən şəxsin kimsəsi yoxdursa, cəsədi yandırıla bilər
27 Noyabr 2024 Bayden Ukrayna üçün gizli şəkildə 24 milyard istədi
27 Noyabr 2024 Azərbaycanda 4,5 milyonluq şirkət ləğv edildi
27 Noyabr 2024 Hüseyn Əsgərov 12 il 8 ay azadlıqdan məhrum edildi
27 Noyabr 2024 Spiker deputatlara: Sizə qulaq asdıqca adamı dəhşət bürüyür
27 Noyabr 2024 Qadınların pensiya yaşına baxılmalıdır - Deputat
27 Noyabr 2024 Trampdan gözlənilməz: Andiçməyə qədər Kim Çenlə...
27 Noyabr 2024 Bayden elan etdi: Türkiyə ilə birgə hərəkət edəcəyik!
26 Noyabr 2024 Şeyx Ukrayna və Yaxın Şərqdəki savaşla bağlı çağırış etdi
26 Noyabr 2024 G7 Ukraynaya 50 milyard dollar kredit verir
26 Noyabr 2024 Xəstə heyvan verirlər, qapıdan girəndən üç gün sonra ölür
26 Noyabr 2024 Umerov silah almaq üçün Seula gedir
26 Noyabr 2024 Bu ölkələrlə viza rejimi qismən ləğv edildi
26 Noyabr 2024 İrandan gözlənilməz: Onları pulsuz qoruya bilərik!
26 Noyabr 2024 Dərman vasitələrinin qanunsuz dövriyyəsinin qarşısı alındı
26 Noyabr 2024 ABŞ Azərbaycanın bu öhdəliyini yüksək qiymətləndirir
26 Noyabr 2024 33 yaşlı ANS